Brüssel görüşünün sülh sazişinin imzalanmasına TƏSİRİ

18:34 06-04-2022 | icon 502 | Siyasət
Brüssel görüşünün sülh sazişinin imzalanmasına TƏSİRİ

Aytən Qurbanova: “Maraqlı tərəflərin çoxluğu da təsir imkanlarını artırır”

 

“Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə ikitərəfli formatda növbəti görüşün keçirilməsi Ermənistanı sülhə məcburetmə prosesinin sürətləndirilməsi üçün kifayət qədər təsirli ola bilər”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Aytən Qurbanova bu gün Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşünün əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

 

Qeyd edək ki, Azərbaycanda erməni silahlılarının tərksilah olunması, sərhədlərin müəyyənləşməsi prosesində birbaşa öhtəliyi olan Rusiyanın başı Ukraynadakı müharibəyə “qarışdığı” bir vaxtda tək Brüsseldən ciddi nəticənin gözləniməsi mübahisəli məqam kimi ortaya çəkilir.

Belə bir şəraitdə Ermənistanın Sülhə gətirilməsi üçün Qərbin, yoxsa Rusiyanın təşəbbüslərinin nə dərəcədə uğurlu ola biləcəyi də maraq kəsb edir. Nəhayət, Brüsseldə Ermənistan bu danışıqların fonunda sülh sazişini imzalamağa cəlb oluna bilərmi və Azərbaycanın qarşısına hansı tələb qoyula bilər?

 

A.Qurbanova hesab edir ki, danışıqlar prosesində sadəcə Rusiyanın iştirakı həm üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsini gecikdirir, həm də Qarabağ ərazisində sülhməramlıların varlığının uzadılması istiqamətində təxribat xarakterli addımların atılmasına rəvac verir:

 

“Digər tərəfdən Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda rus sülhməramlılarının Qarabağda sülh prosesinə töhfə verməsi məsələsi daima müzakirə mövzusuna çevrilməkdədir. Ümumiyyətlə, danışıqlar prosesində iştirak edən aktorların sayının artması sülh prosesində maraqlı güclərin də bir o qədər çox olduğunun göstəricisidir. Maraqlı tərəflərin çoxluğu da Ermənistanı sülhə məcburetmə prosesinə adekvat şəkildə təsir imkanlarını artırmış olur. Bu nöqteyi-nəzərdən yanaşdıqda, Brüssel görüşünün dərhal olmasa da, yaxın perspektivdə sülh sazişinin imzalanması üçün mütləq təsirləri olacaqdır”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI