Birgə Sərhəd Komissiyasının mandatı NƏYİ İFADƏ EDİR?

17:28 07-04-2022 | icon 511 | Siyasət
Birgə Sərhəd Komissiyasının mandatı NƏYİ İFADƏ EDİR?

“Ermənistan öhtəliklərdən qaçarsa, Azərbaycanın B planı var”

 

Avropa İttifaqının Azərbaycan, Ermənistanla birgə üçtərəfli görüşündən sonra qəbul olunan bəyanat danışıqlar prosesində yeni bir dinamika yaradıb. Xəbər verildiyi kimi, ikitərəfli sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyi nəzərə alınmaqla, bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması da razılaşdırılıb.

 

Versus.Az xəbər verir ki, hərbi ekspertlər açıqlamalarında mövcud məsələ ilə bağlı birmənalı münasibət sərgiləyiblər.

 

“Ermənilər razı olacaqsa, bu proses onlar üçün asan keçəcək”

 

Hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Brüssel görüşünün məqsədi Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunması, Avropa İttifaqı ilə əlaqələrin davamlı olması yönündə məsləhətləşmələrin aparılmasıdır.

 

Ekspert hesab edir ki, Şarl Mişelin sədrliyi ilə keçirilən bu görüşdə çox böyük irəliləyişə nail olunub:

 

“Görüşdən sonra tərəflər bir çox istiqamətlərdə razılaşmalar əldə etdilər. Eləcə də səhrədlərin delimitasiya və demorkasiya ilə bağlı ikitərəfli komissiyanın yaradılması qərarlaşıb, bu barədə müvafiq orqanlara göstərişlər verilib”.

 

E.Şıxəliyev qeyd edib ki, 44 günlük müharibədən sonra Azərbaycan-Ermənistan arasında yaranan problemlərdən biri də sərhədlərin qarşılıqlı tanınmamasıdır. Onun fikrincə, məhz ikitərəfli komissiyanın işindən sonra tərəflər bir-birilərinin sərhədlərinin tanınmasına yönəlik addımlar atacaq:

 

“Sərhədlərin tanınması məsələsi isə birbaşa Qarabağ ərazisinin Azərbaycanın tərkib hissəsi kimi tanınmasıdır. Əgər Ermənistan tərəfi ikitərəfli komissiyanın razılaşması yönündə addımlar atıbsa, növbəti mərhələdə komissiyanın işinin nəticəsi buna aparmalıdır”.

 

Ekspert qeyd edib ki, sərhədlərin tanınması ilə bərabər sülh sazişi sənədlərinin hazırlanmasına keçid olmalıdır:

 

“Bundan sonrakı mərhələdə də tərəflər qarşılıqlı koordinasiya ilə sülh sazişinin əldə olunması üçün nələr etməli olduqlarını razılaşdıracaqlar. Növbəti mərhələdə həm sərhədlərin tanınması baş verəcək, həm də sülh sazişinin imzalanmasına cəhdlər göstəriləcək”.

 

E.Şıxəliyev prezidentlərin görüşləri fonunda Ermənistan ictimaiyyətində narazılıqların müşahidə olunduğunu qeyd edib. O, hesab edir ki, görüş günü və ondan öncə Yerevanda millətçilər tərəfindən mitinqlərin təşkil olunması Paşinyanı bu razılaşmadan geri çəkilməyə məcbur etmək üçün istifadə edilir:

 

“Paşinyan daxili siyasi vəziyyəti qiymətləndirərək bu addımı atacağında nə qədər qərarlı olduğu görünəcək. Amma görünən odur ki, taleyüklü qərarların verilməsi zamanı Ermənistanda hər zaman fors-major hallar yaranır. Bu və ya digər şəkildə kataklizmlər yaradaraq indiyə qədər danışıqların arxasından qaçıblar. Bu da mümükündür ki, növbəti mərhələdə ciddi qərarın qəbul olunma məqamı yenə də hər hansı daxili destibilizasiya elementlərini fəaliyyətə keçirərək bu razılaşmanın arxasından qaçmanı immitasiya etsinlər. Hər halda Azərbaycanın sülh sazişi, sərhədlərin tanınması yönündə atdığı addımlar A planı idi. Yəni Azərbaycan Ermənistanın könüllü sülh sazişinə getməsini, konfliktsiz həlli həyata keçirmək istəyir. Əgər Ermənistan öz öhtəliklərindən qaçarsa, Azərbaycanın B planı var. Bu, sülhə məcburetmə əməliyyatları keçirtməkdir. Sülhə məcbur etmə əməliyyatları da təbii ki, Qarabağda dislokasiya olunmuş erməni hərbi birləşmələrinə qarşı antiterror əməliyyatların keçirilməsi, sərhədlərin öz gücünə təyin olunması addımlarıdır. Bu, Azərbaycan hökümətinin legitim hüququqdur. Ermənilər razı olacaqsa, bu proses onlar üçün asan keçəcək. Razılaşmayacaqlarsa, bunun qarşılığında Azərbaycanın B planına hazır olmalıdırlar”.

 

“O zaman Ermənistanın mövcudluğu sual altında olacaq”

 

Hərbi ekspert Emin Həsənlinin sözlərinə görə, son Brüssel danışıqları onu göstərdi ki, Ermənistan reallığı anlamağa başlayır:

 

“Ermənistanı buna məcbur edən ən mühüm məqam 44 günlük vətən müharibəsi və onun nəticələridir. Ermənistan gördü ki, Azərbaycan ordusu dəfələrlə güclüdür. Ermənistan beynəlxalq hüquq normalarına əməl etməsə, Azərbaycanın müstəqilliyini, sərhədlərini tanımasa, ərazi iddialarından əl çəkməsə, başına daha ağır zərbə dəyəcək”.

 

Ermənistanın təxribatçı cəhdlərinin dəfələrlə qarşısının alındığını bildirən ekspert deyib ki, ermənilər nə qədər ABŞ-a, Fransaya, Rusiyaya arxayın olsa da, Azərbaycanın heç kimdən çəkinmədən öz ərazi bütövlüyünü bərpa etdiyini gördülər:

 

“Rusiyanın sülhməramlı qüvvələrinə arxayın olaraq düşünürdülər ki, ərköyün hərəkətlər edə biləcəklər. Amma sonra gördülər ki, Azərbaycan güclü dövlətdir, dünya onunla hesablaşır, güclü ordusu, qətiyyətli sərkərdəsi var. Azərbaycan öz mövqeyindən bir addım da geri çəkilən deyil. Yalnız danışıqlarda əldə olunan razılaşmaya əsasən qarşılıqlı səmimiyyət  nəticəsində nəsə əldə etmək olar. Yoxsa Ermənistanın mövcudluğu sual altında olacaq”.

 

E.Həsənli bütün hallarda hesab edir ki, ya onlar sülhlə bizim təkliflərlə razılaşmalıdırlar, ya da Azərbaycan dövləti, ordusu bunu onlara məcbur edəcək:

 

“Biz heç zaman Ermənistana inanmamışıq, yenə də inanmırıq.  Yenə də Ermənistandan hansısa təxribatları gözləyirik. Qarabağda sərhədlər müəyyənləşməlidir, erməni silahlı birləşmələri ərazidən çıxmalıdır, Azərbaycanın bütün ərazilərində bayrağımız yüksəlməlidir. Qarabağda əvvəldən yaşayan Azərbaycan vətəndaşı olan erməni azlığı qala bilər. Sonradan ora gələnlər köçüb getməlidirlər. Orda hansısa cinayət törətmiş şəxslər də qanun qarşısında cavab verməlidirlər”.

 

Hərbi ekspert bu istiqamətdə mühüm addımların atılacağına birmənalı yanaşaraq, Brüsseldə Birgə Komissiyanın yaradılmasını yeni və mühüm məsələ kimi qeyd edib. Onun fikrincə, Sərhəd Komissiyası müharibə vəziyyətində olan dövlətlərin təmaslarında ilk yaranan komissiya olaraq önəmlidir:

 

“Ermənistan yaxşı bilir ki, iddia etdiyi yerlər Azərbaycan ərazisidir. Əgər sərhədlər 1970-ci ildəki  xəritələr üzrə müəyyənləşməsə, 1920-ci ildə SSRİ yaranan dövrdəki xəritələrə qayıda bilər. Azərbaycan ADR-in varisidir. 114 min kvadrat kilometr ərazisi var. Azərbaycan ən böyük güzəştlə sovet dövrünün xəritəsinin müəyyənləşməsi ilə razılaşıb. Amma bu razılaşma olmasa SSRİ-nin yaranma ərəfəsindki xəritə də müzakirə mövzusu ola bilər. Bütün halda Aİ, dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu da Azərbaycan diplomatiyasının uğurudur. Qələbədən sonra Avropa İttifaqının bu mövqeyi Azərbaycan dövlətinin cəbhədə əldə etdiyi uğurudur. Bu uğur diplomatiya masasında böyük qələbə ilə nəticələndi. Bu Azərbaycan dövlətinin böyük uğurudur. Son 50 ildə belə bir uğur digər dövlətlərdə olmayıb. Bunu ABŞ, Rusiya, dünya qəbul edir. Bu gün Ermənistan bölgədə qalmaq istəyirsə Azərbaycanla, Türkiyə ilə normal münasibət qurmalıdır”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI