Azərbaycan musiqiləri Niderland radiosunda

13:33 07-01-2019 | icon 491 | Mədəniyyət
Azərbaycan musiqiləri Niderland radiosunda

Niderlandda fəaliyyət göstərən “Konnekt” təşkilatının sədri Vüqar Abbasov yerli SD (Schouwen Duiveland) radiosunda Geertjan de Bruijnenin aparıcısı olduğu “Te Gast Bij….ROSD” verilişinin qonağı olub.

Versus.Az xəbər verir ki, veriliş ərzində “Küçələrə su səpmişəm,” Üzeyir Hacıbəyovun “Arazbarı”sı, “Sarı gəlin”, Röyanın, Maestro Ceyhunun, Ənvər Sadıqovun ifaları səsləndirilib.

“Verilişdə 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti, Sovet ordusunun 1920-ci ildəki işğalı, 1988-ci il Meydan hərəkatı, 1990-cı il 20 Yanvar hadisələri, torpaqlarımızın 20 faizinin işğalda olması, ölkəmizdəki dini azadlıqlar, turizm imkanlarımız, milli mətbəximizdən söhbət açılıb. Azərbaycandakı Alban kilsələri, İçərişəhər və digər yerlər də söhbət mövzusu olub. Eyni zamanda Azərbaycanın gözəl və füsunkar təbiətindən söz açan Vüqar Abbasov niderlandlı turizm həvəskarlarını ölkəmizə dəvət edib.

Rəhbərlik etdiyi təşkilatın gələcək planlarından danışan soydaşımız Azərbaycanda da Niderland Mədəniyyət Gecəsi təşkil etməyi düşündüklərini deyib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol