“Sülh müqaviləsinin imzalanması gözlənilmir, amma...”

17:51 07-04-2022 | icon 416 | Siyasət
“Sülh müqaviləsinin imzalanması gözlənilmir, amma...”

Mətin Məmmədli: “İki məqam Brüssel görüşünün əhəmiyyətini artırır”

 

“Brüssel görüşünün nəticələrini bütövlükdə müsbət dəyərləndirirəm. Birinci əsas məqam sərhədlərin delimitsiyası ilə bağlı artıq aprel ayının sonuna qədər sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın yaradılmalı olduğudur”.

 

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi şərhçi Mətin Məmmədli bildirib:

 

“Soçi Bəyannaməsində komissiyanın yaradılması ümumi olaraq göstərilsə də, bu günə qədər komissiyanın yaradılması ilə bağlı çağırışlar edilsə də, Ermənistan birgə komissiyanın yaradılmasından imtina edirdi. Brüssel görüşündə o məsələ öz həllini tapdı. Digər məsələ, hər iki ölkənin xarici işlər nazirliyinə sülh müqaviləsinin hazırlanması tapşırılıb. Bu da müsbət bir məqamdır. Artıq vasitəçisiz hər iki ölkənin XİN-i sülh müqaviləsinin hazırlanması ilə məşğul olacaqlar”.

 

M.Məmmədli hesab edir ki, bu iki məqam Brüssel görüşünün əhəmiyyətini artırır. Onun fikrincə, sülh müqaviləsinin imzalanması gözlənilmir, amma razılaşmalar ola bilər:

 

“Digər məqam odur ki, ikinci Qarabağ müharibəsindən sonra erməni diplomatiyasının əsas məqsədlərindn biri də Qarabağda yaşayan ermənilərin status məsələsini yenidən qabartmaq, ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı cəhdlər Brüssel görüşündə əldə olunmuş bəyannamədə öz əksini tapmadı.  Brüssel görüşündə daha çox post-müahribə dövrünün münaqişə problemlərindən danışa bilərik. Müsbət məqam ondan ibarətdir ki, Brüssel görüşündə post-münaqişə dövrünün detalları müzkirə olunur. Amma təbii ki, yekun sülhə çox var, bunun üçün çox işlər görülməlidir, Ermənistan öz üzərinə götürdüyü öhtəlikləri həyata keçirməlidir”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI