“Avropa Şurası sədrinin bəyanatında xoşagəlməyən məqamlar var”

18:08 07-04-2022 | icon 471 | Siyasət
“Avropa Şurası sədrinin bəyanatında xoşagəlməyən məqamlar var”

Aydın Quliyev: Arzu edək ki, bu, əvvəlki delimitasiya komissiyasının taleyi kimi olmasın

 

“Brüsseldə müzakirə olunan məsələləri və əldə olunan bəzi konkret razılaşmaları nəzərə alsaq, yeni mərhələnin başlandığını söyləmək olar. Müəyyən müddətdən sonra əldə olunmuş razılaşmalar istiqamətində hər kəsin üzərinə düşən öhtəliyi necə icra edəcəyini gələcək göstərəcək”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Aydın Quliyev Brüssel görüşündə müşahidə olunan müsbət və mübahisəli məqamlarla bağlı şərhində bildirib.

 

 A.Quliyev qeyd edib ki, yeni mərhələnin başlanğıcının şahidi olsaq da, bu, heç də əvvəlki mərhələdə əldə olunmuş razılaşmalarda qarşı tərəflərin öz üzərinə götürdüyü öhtəliyi yerinə yetirməsi demək deyil. Onun sözlərinə görə, Brüsseldə əvvəlki danışıqların gedişində müəyyən tərəqqilərin olduğu birgə bəyanatda qeyd olunsa da, əslində bundan söhbət gedə bilməz:

 

“Çünki noyabrın 10-da və yanvarın 11-də imzalanmış sənədlərdə, həm noyabrın 26-dakı Soçi bəyannaməsi, həm dekabrın 21-də 2021-ci ildə Brüsseldə belə formatda əldə olunmuş razılaşmaların bir çoxunun həyata keçirilməsi yönümündə heç bir addım atılmayıb. Məsələn, 10 noyabr razılaşmasında erməni silahlıların Qarabağdan tam çıxarılması nəzərdə tutulsa da, təəssüf ki, bu baş verməyib. Yanvarın 11-də əldə olunmuş razılaşmada kommunikasiyaların, iqtisadi əlaqələrin bərpası nəzərdə tutulsa da, bu baş vermədi. Noyabrın 26-da Soçidə əldə olunmuş razılaşmada humanitar məsələlərin həlli, kommunikasiyaların bərpası, delimitasiya yönümündə müəyyənləşdirilmiş məsələlər icra olunmadı.

Soçi bəyannaməsində ilin sonuna qədər, yəni 2021-ci ilin axırına qədər sərhədlərin delimitasiyası üzrə işçi komissiyalarının yaradılması bir məqsəd kimi müəyyənləşdirilmişdi. Amma Ermənistan bu yönümdə heç bir addım atmadı. Soçi bəyannaməsində humanitar məsələlərin həlli yönümündə əldə olunmuş razılaşma 3 razılaşmanın içərisində xüsusilə seçilirdi. Soçi bəyannaməsində ilin sonuna qədər delimittasiya ilə bağlı kommisiyanın yaradılmasına konkret bir çağırış olsa da, bunu da görmədik. Təəssüf ki, nə minalanmış ərazilərin xəritələrinin verilməsi, nə də digər humanitar xarakterli məsələlərin, xüsusilə Qarabağ müharibəsində itkin düşmüş şəxslərin mübadiləsi yönündə Ermənistan tərəfdən bir hərəkət görmədik.

Bu il fevralın əvvəlində Mişel, Makron və Azərbaycan rəhbərlərinin iştirakı ilə keçirilən videoformatda YUNESKO missiyasının bölgəyə gəlməsi üçün şərait yaradılsa da, bu yönümdə də biz Ermənistandan bir hərəkət görmədik. Yəni ötən mərhələdə əldə olunmuş razılaşmaların həyata keçirilməsində real addımlar görmədik”.

 

A.Quliyev buna baxmayaraq pessimist düşüncədə olmadığını deyib. Onun fikrincə, artıq bu gün əldə olunmuş razılaşmalar yeni tərəqqi imkanlarının açılmasından xəbər verir:

 

“Məsələn, sülh sazişinin hazırlanması üçün xarici işlər nazirlərinə verilən tapşırıqla bağlı razılaşma əhəmiyyətlidir, Azərbaycanın indiyə qədər apardığı xəttə, iradəyə tam uyğundur. Çünki biz bu istiqamətdə özümüzdən asılı olanı edirik. Ermənistan isə müəyyən sapıntılara yol verirdi. Aprelin sonuna qədər delimitasiya komissiyasının çağrılması barədə əldə olunmuş razılaşma da əhəmiyyətlidir. Arzu edək ki, bu, əvvəlki delimitasiya komissiyasının taleyi kimi olmasın. Çünki Soçi bəyannaməsində bu komissiyanın yaradılması nəzərdə tutulsa da, 6 ay keçməsinə baxmayaraq yaradılmadı”.

 

A.Quliyev vurğulayıb ki, budəfəki razılaşmaların həyata keçirilməsində Avropa Şurası prezidentinin də moderator olaraq ardıcıl mövqe tutması olduqca vacibdir. Onun fikrincə, Aİ bu razılaşmalara nə qədər ciddi nəzarət edəcəksə, bir o qədər müsbət nəticələrdən danışmaq mümkündür”.

 

A.Quliyev Avropa Şurası sədrinin bəyanatında xoşagəlməyən məqamlara da toxunub. Onun sözlərinə görə, bəyanatda “qüvvələrin müəyyən distansiyaya çəkilməsi” ilə bağlı fikir mübahisəlidir:

 

“Çünki bu, ermənilərin indiyə qədər post-Qarabağ reallıqlarına mövqeyini ifadə edir. Ermənilər həmişə deyirlər ki, Azərbaycan öz qoşunlarını sərhədlərdən və təmas xətlərindən geri çəkməlidir. Əgər Mişelin bəyanatındakı həmin fikir –“qüvvələrin müəyyən məsafəyə çəkilməsi” Ermənistanın dediyi tezisə uyğundursa, bu, qəbulolunmazdır”. /hafta.az/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı