Türkiyə və Gürcüstan elit qüvvələri ilə bağlı XÜSUSİ İCLAS

09:50 08-04-2022 | icon 402 | Qarabağ
Türkiyə və Gürcüstan elit qüvvələri ilə bağlı XÜSUSİ İCLAS

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Şuşada keçiriləcək birgə iclasında Azərbaycan, Türkiyə, Gürcüstan xüsusi təyinatlı qüvvələrinin təliminə dair sənəd müzakirəyə çıxarılacaq.

 

Sənəd üç ölkə arasında imzalanıb və “Qafqaz qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair Anlaşma Memorandumu adlanır.

 

Versus.Az sənədin mətnini əldə edib, sənəddə qeyd edilir ki, təlimlər regionda xüsusi təyinatlı qüvvələrin imkanlarının sinxronlaşdırılması və koordinasiyasını asanlaşdırmaq məqsədi daşıyacaq.

 

Təlimlərə cəlb olunacaq qüvvələrin statusu barədə, birgə məşqlər zamanı yarana biləcək nizam-intizam və cinayət yurisdiksiyası ilə bağlı məsələlər NATO standartlarına uyğun olaraq tənzimlənəcək.

 

Sənəddə Azərbaycan, Türkiyə və Gürcüstan arasında həmin Anlaşma Memorandumu çərçivəsində məxfi məlumatları mübadilə edə biləcəyi göstərilir.

 

Memorandumun qüvvədə olma müddəti 1 il göstərilir, bu müddət bitəcəyi təqdirdə tərəflərdən biri sənədin ləğvi barədə yazılı bildiriş göndərməsə, həmin zaman sonrakı bir il müddətinə qədər uzadılır.

 

Qeyd edək ki, təlimlər sənədə imza atan ölkələrin hər birinin ərazisində keçirilə bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol