Ermənistan öz xoşuna sülh müqaviləsinə GƏLMƏZ

18:00 08-04-2022 | icon 453 | Siyasət
Ermənistan öz xoşuna sülh müqaviləsinə GƏLMƏZ

Razi Nurullayev: “Ermənistanı sülhə məcbur etmək üçün ən güclü silahımız ordumuzun gücüdür”

 

“Ermənistan hər zaman belə reallıqdan kənar fikirlər səsləndirib və başqa bir ölkənin ərazisində ikinci dövlətini yaratmaq hərisliyi ilə işğalçı siyasət yürüdərək, buna da haqq qazandırmağa çalışıb. Ermənistanın bu davranışları artıq bizim üçün dözülməz hala çevrilib”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Ermənistanın sərsəm iddialardan əl çəkməyib, Brüssel danışıqları ərəfəsində mitinqlər keçirib Qarabağla bağlı iddialı şüarlar səsləndirən erməni ictimaiyyətinin yenə də “artsax” “Qarabağı tanıyın”, “Ermənistan Qarabağın təhlükəsizliyinin təminatçısıdır”, “Bu gün – Qarabağ, sabah – Zəngəzur, növbəti – İrəvan” sözləri yazılmış plakatlarla oyunlar çıxarmaları ilə bağlı məsələyə diqqət çəkərkən bildirib.

 

R.Nurullayevin fikrincə, ermənilərin sərsəmləmələrinə baxmayaraq, Azərbaycan Brüsseldə növbəti diplomatik uğurunu qazanıb:

 

“Hesab edirəm ki, Azərbaycanın Qarabağda apardığı bütün siyasət doğru yöndə inkişaf edir və biz gələcək üçün çox ciddi əsaslar hazırlayırıq. Bütün danışıqlar prosesi Ermənistan tərəfindən pozulub. Lakin anlamalıdırlar ki, gələcəkdə bizimlə sülh müqaviləsi bağlamasalar, boyunlarına götürdükləri öhtəliklərdən qaçsalar, o zaman bizim əlimizdə hüquqi əsas yaranır ki, onların yerinə yetirmədiyi öhtəlikləri hərbi gücümüzlə yerinə yetirək”.

 

Deputat BMT TŞ-nin hələ 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin Ermənistan tərəfindən uzun illər yerinə yetirilmədiyi faktına diqqət çəkib. Eləcə də İslam Əməkdaşlıq Təşkilatı, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan müxtəlif qətnamə və bəyanatlarda işğalçıdan Azərbaycan azilərinin  azad edilməsinin tələb olunduğunu önə çəkib:

 

“Bütün bu tələblər Ermənistan tərəfindən cavabsız qaldı. Nəhayət, 44 günlük müharibədə bütün bu sənədlər, bəyanatlar, qətnamələr Azərbaycanın xeyrinə işlədi. Biz torpaqlarımızı azad etdik və bizə etiraz edənlərin də qarşısına bu sənədləri qoyduq. Bu gün də apardığımız siyasət nəticəsində Azərbaycanın xeyrinə olan bəyanatlar, qərarlar qəbul olunur. Amma görünən odur ki, ermənilər yenə də öhtəlikləri yerinə yetirmək istəmir. Ermənilərin sabah öz xoşlarına, oynaya-oynaya sülh müqaviləsinə gələcəklərini düşünmürəm.

Təbii ki, proses gedir və Avropa Birliyi də görür ki, Azərbaycan bu işdə səmimidir, işin tez həll olunmasını istəyir. Erməni cəmiyyətinin sülh sazişini imzalamağa hazır olmadığı, buna əngəl yaratmaq istədikləri də açıq görünür”.

 

Ermənistanda keçirilən son mitinqdə Paşinyanın da əlinin olmasını ehtimal edən R.Nurullayev, ermənilərin yenə təzyiq vasitəsini seçdiyini vurğulayıb. Eyni zamanda bütün bunlara rəğmən artıq Ermənistanın divara dirəndiyini, qaçmağa yerinin olmadığını da önə çəkib:

 

“Ermənistanın hansı absurd addımlar ata biləcəyi bizə bəllidir. Buna baxmayaraq, bu ölkə Azərbaycanın irəli sürdüyü 5 şərti qəbul edib və mesajlar verib ki, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanımağa, diplomatik münasibətlər qurmağa hazırdır. Hesab edirəm ki, biz birinci nöbvədə bu yöndə işimizi davam etdirməliyik. Ermənistana etibar etmədən digər siyasi, hərbi gücümüzü artırmaqda davam  etməliyik. Ermənistanı sülhə məcbur etmək üçün ən güclü silahımız ordumuzun gücüdür, yeni silahlarımız, ordumuzda keçirilən müasir tipli təlimlər və ordumuzun müharibə hazırlığıdır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol