Qazdan istifadə limitləri ilə bağlı AÇIQLAMA
“Yanvar-mart aylarında 14 min 738 yeni abonent qeydə alınıb”.
Versus.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin sədri Ruslan Əliyev deyib.
O bildirib ki, onlardan 14 002-si əhali üzrə, 736 yeni abonent isə qeyri-əhali üzrə qeydiyyata alınıb:
“Cari ilin mart ayında isə 3646 yeni abonent qeydiyyata alınıb. Onlardan 3 488-i əhali, 158 abonent isə qeyri-əhali sektoru üzrə qeydiyyata alınıb. 2022-ci ilin yanvar-mart aylarında ümumi abonentlərin 80 faizi (1 milyon 970 min abonent) təbii qazdan aşağı tariflə (1200 kubmetrdən aşağı) istifadə edib. Ancaq 20 faiz (487 min) abonent isə 1200 kubmetr limitini keçib. Bu gün 2 milyon 419 min 192 qaz sayğacı mövcuddur. Onların 63 faizini mexaniki tipli sayğaclar, 37 faizini (9 min) isə öncədən ödənişli tipli sayğaclar təşkil edir”.
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...