Rusiya-İran gərginliyi başlayır: 

14:03 07-01-2019 | icon 358 | Dünya
Rusiya-İran gərginliyi başlayır: 

Hər kəs ola biləcək İran-ABŞ, İran-İsrail müharibəsindən danışır, amma İran-Rusiya narazılığından söz açmır.

Versus.az  axar.az-a istinadən bildirir, bu sözləri açıqlamasında politoloq Əhəd Məmmədli deyib. 

“Suriyada müharibənin bu qədər uzanmasının, çox sayda təlafatların yeganə səbəbkarı Rusiya ilə İrandır. İranın ABŞ və ya İsraillə müharibə edəcəyini heç düşünmürəm. Əksinə İran, müttəfiqi Rusiya ilə problem yaşaya bilər. İsrail Rusiyadan İranın Suriyadan çıxmasını tələb edir. Rusiya da, Əsəd də İranın Suriyadan çıxmasına pozitiv baxır. Çünki Suriyadan İranın getməsi Rusiyanın maraqlarına cavab verir. Bu olan halda Suriyada Rusiya-ABŞ, Rusiya-İsrail toqquşması minimuma endirilir. Üstəlik də Suriyanın böyük hissəsi tək Rusiyanın nəzarətinə keçir. Diktator Bəşər Əsədin özü də İranın Suriyadan getməsini istəyir. Amma məsələ ondadır ki, Bəşər Əsədin kiçik qardaşı Mahir Əsəd Suriyada İranın bir nömrəli adamıdır. Mahir Əsəd isə böyük qardaşı və Prezident Bəşər Əsədin bu istəyinin qəti əleyhinədir. Rusiya və İran Əsəd ailəsini iki yerə bölüb. Ona görə bu il Rusiya-İran münasibətlərinə zərər dəyə bilər”.

Politoloq vurğulayıb ki, xarici dövlətlər arasında Suriya müharibəsində ən böyük itki verən İran oldu:

“Buna rəğmən Suriyada artıq İran öz mövqelərini Türkiyə və Rusiyaya verməkdədir. Türkiyə və Rusiya Suriya danışıqlarında İranı demək olar ki, kənarda saxlayıb. Təbii, bu cür gedişat İranı məmnun etmir. Bu baxımdan 2019-cu il Rusiya-İran münasibətlərinin kəskinləşməsi ilə yadda qala bilər. Amma Türkiyənin regionda gücləndiyi vaxtda İran dünya güclərinə Ankaraya alternativ kimi də lazımdır”.

 

Versus.az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür