“Azərbaycan Minsk Qrupunu güvəndiyimiz Avropada torpağa gömdü”

15:40 08-04-2022 | icon 448 | Siyasət
“Azərbaycan Minsk Qrupunu güvəndiyimiz Avropada torpağa gömdü”

Abutalıb Səmədov: “Minsk Qrupunun isə erməni maraqlarına xidmət cəhdləri davam edəcək”

 

“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təklifini qəbul edən Paşinyan Brüssel danışıqlarına məhz bu şərtləri qəbul etdirmək ümidi ilə yola düşdü və növbəti dəfə diplomatik uğursuzluqla üzləşdi. Güvəndiyi “dağlara qar yağan” Ermənistan baş naziri yaxın günlərdə delimitasiya komissiyası yaratmaq və sülh sazişinin hazırlanması üçün xarici işlər nazirlərinə tapşırıq vermək öhdəliklərini götürmək məcburiyyətində qaldı. Danışıqlarda 30 yaşı tamam olan Minsk Qrupunu gündəmə gətirmək cəhdləri uğusuzluqla nəticələndi”.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov Brüssel görüşündə Minsk Qrupunun yenə də “oyundankənar” vəziyyətdə qalması, yaxud, Ermənistanın hansı “Brüssel şoku”nu yaşaması istiqamətində cərəyan edən son üçtərəfli danışıqlar prosesini şərh edərkən bildirib.

 

A.Səmədov hələ ötən ilin noyabrında Soçidə keçirilən üçtərəfli görüşdə Azərbaycan prezidentinin dövlətimizin maraqlarına xidmət edən qərarların qəbul olunması faktına diqqət çəkib:

 

“Soçidə imzalanan bəyanatda ilin sonuna qədər delimitasiya üzrə ikitərəfli komissiyanın yaradılması nəzərdə tutulurdu. Lakin bir daha ermənilər razılaşmanın icrasına mane olmaq üçün sərhəddə təhlükəsizliklə bağlı yeni “ideyalar” ortaya qoydular. Və delimitasiya komissiyasının yaradılması tələbinin yerinə yetirilməsini pozmaq üçün hərbi qüvvələrin durduqları yerdən “sinxron” çəkilməsi “təklifi”ni irəli sürdülər. Təbii ki, bu “təklif” Azərbaycan rəhbərliyi tərəfindən qəbul edilmədi və birmənalı şəkildə ifadə olundu ki, imzalanan bəyanata görə əvvəlcə komissiya yaradılmalıdır. Delimitasiya işlərini sürətləndirmək məqsədilə ikitərəfli komissiya qarşıya çıxan problemləri həll edə və ehtiyac olarsa, “sinxron çəkilmə” təklifinə də baxıla bilər. Qərbdəki havadarlarına güvənən ermənilər inad göstərməkdə və Soçi bəyanatının tələblərini pozmaqda davam etdilər. Nəticədə, komissiyanın yaradılması azı 4 ay gecikdi”.

 

A.Səmədov bildirib ki, Azərbaycan diplomatiyası “hücum taktikası”nı davam etdirərək “sülh sazişi”nin imzalanmasını təmin etmək üçün beynəlxalq hüquqa və imzalanmış üçtərəfli bəyanatlara uyğun təkliflərini qarşı tərəfə təqdim etdi:

 

“Ermənistan əvvəlcə təkliflərdən imtina etmək istədi. Ancaq xaricdəki “başbilənləri” anlatdılar ki, bu təkliflərdən imtina etmək dünya birliyi tərəfindən beynəlxalq hüquqa və Ermənistanın öhdəliklərinə “sayqısızlıq” kimi qiymətləndirilər, erməniləri çətin vəziyyətə sala bilər. Bir neçə gün davam edən “məşvərət”dən sonra elan olundu ki, Ermənistan təklifləri qəbul edir və “sülh sazişi” üzərində işləməyə hazırdır. Ancaq təklif edir ki, sazişə “Dağlıq Qarabağın statusu” da salınsın və danışıqlar Minsk qrupu çərçivəsində aparılsın”.

 

A.Səmədov qeyd edib ki, son Brüssel görüşündən sonra Azərbaycanın tələbləri Bəyanatda öz əksini tapdı və təklif etdiyimiz gündəlik Avropa İttifaqı tərəfindən bütünlüklə qəbul olundu. Nəticədə, son illər dalbadal şoklar yaşamağa adət etmiş erməni cəmiyyəti növbəti “Brüssel fəlakəti”ni yaşadı və Azərbaycan Minsk Qrupunu güvəndiyimiz Avropada torpağa gömdü - qənaəti ilə sarsıldı:

 

“Prezident İlham Əliyev  Ermənistanın əsas havadarlarının meydanında ciddi diplomatik uğura imza atdı. Ancaq qətiyyən arxayınlaşmaq, hər şeyin bitdiyini, bütün problemlərin arxada qaldığını düşünmək haqqımız yoxdur”.

 

Partiya sədri hesab edir ki, ermənilərin Minsk Qrupuna süni nəfəs vermək, “status nağılları”nı yenidən dövriyyəyə buraxmaq cəhdləri hələ bitməyib və Yerevana qayıdan kimi hökumətin iclasını keçirən Paşinyan da bu barədə bəyanat verib:

 

“Həm erməni baş nazirin söylədikləri, həm də ATƏT-in sədaqətinin Brüssel danışıqlarında “sülh sazişi” hazırlanması prosesinin işə salınmasını alqışlaması və hər cür dəstək verməyə hazır olduğunu” bəyan etməsi göstərir ki, Minsk qrupu asanlıqla meydanı tərk etməyəcək və onun erməni maraqlarına xidmət göstərmək cəhdləri davam edəcək. Bu cəhdlərin  qarşısını almaq üçün hamımız sayıq olmalı, milli birliyi təmin etməli  və dövlət başçımıza əlimizdən gələn köməyi  göstərməliyik”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür