Erməni kişilər Xocalının Pirlər kəndindən QAÇIBLAR

15:22 08-04-2022 | icon 514 | Müharibə
Erməni kişilər Xocalının Pirlər kəndindən QAÇIBLAR

Onlar qaçarkən arvadlarını özləri ilə götürməyiblər

 

Qarabağda 44 günlük müharibədə döyüş meydanından qaçmaqda “rekord”lar qıran erməni kişiləri bu “uğur”larını davam etdirməyə çalışırlar. Artıq onlar Xocalının Pirlər kəndini ərazisində də müvafiq göstəricilərini təkrar ediblər. Belə ki, erməni kişilər Pirlər kəndini tamamilə tərk ediblər.

 

Üstəlik bu məlumatı ermənilərin özlərinin çəkdiyi kadrlar sübuta yetirir. Ərazidən hazırlanan süjetdə qeyd olunur ki, hazırda kənddə sadəcə bir neçə erməni qadın yaşamağa davam edir. Süjetdə kişilərdən isə heç bir əsər-əlamət yoxdur.

 

Görünür, Azərbaycan ordusunun varlığının canına qorxu saldığı erməni kişilər düşünmədən ərazidən qaçıblar. Bu zaman isə ənənələrinə sadiq olaraq qadınları önə veriblər.

 

Erməni terrorçuları bir vaxtlar Qarabağda dinc əhaliyə, qadın, uşaq və yaşlılara qarşı amansızlıq göstərsələr də, Azərbaycan ordusunun hətta müharibədə belə humanizm prinsiplərinə sadiq qaldığına yaxşı bələddirlər.

Odur ki, Pirlərdə yaşayan erməni kişilər öz canlarını düşünüb, qorxaraq qaçsalar da, qadınlarını burada saxlayıblar. Qadınları tək qoyaraq qaçan erməni kişilərin ərazidən nə zaman və hara qaçması isə süjetdə qeyd olunmayıb. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin