Tanınmış həkim, rəssam Rauf Canıbəyovun rəsm sərgisi keçirildi

20:10 08-04-2022 | icon 2097 | Mədəniyyət
Tanınmış həkim, rəssam Rauf Canıbəyovun rəsm sərgisi keçirildi

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində rəssam Rauf Canıbəyovun “Köhnə Bakı fırça yaddaşında” adlı sərgisinin açılış mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirə tanınmış rəssamlar, sənətşünaslar və KİV nümayəndələri dəvət olunub.

 

Tədbiri giriş sözü ilə muzeyin Təsviri Materiallar fondunun müdiri, m.ü.f.d., dosent Nardanə Yusifova açdı və qonaqları təqdim etdi. Muzeyin baş mühafizi t.ü.f.d., dosent Məhfuzə Zeynalova, Azərbaycan Respublikasının xalq rəssamları-Ağaəli İbrahimov, Arif Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, rəssam Rauf Canıbəyov çıxış etdilər. Qeyd etdilər ki, Rauf Canıbəyovun yaradıcılığı çoxşaxəli, əsərlərinin mövzuları isə müxtəlifdir və möhtəşəm əsərlərdən ibarət bu sərgi yaddaşlarda əbədi qalacaq.

 

Sərgi ilə yaxından tanış olan qonaqlar Rauf Canıbəyovun özünəməxsus dəst-xətti, manerası və seçilmiş mövzuya uyğun maraqlı sənət nümunələrini yüksək qiymətləndirdilər.

 

Rauf Canıbəyov 19 dekabr 1956-cı ildə Bakıda anadan olub. Azərbaycan Tibb İnstitutunun məzunu olan R.Canıbəyov ixtisasca cərrahdır. Həkim, eyni zamanda həvəskar rəssam kimi fəaliyyət göstərən Rauf Canıbəyovun yaradıcılığının əsas hissəsini Bakı ilə bağlı mövzular təşkil edir.

 

Rəssamın bugünkü sərgisində nümayiş olunan 57 əsəri əsasən yağlı boya, karandaş və rəqəmsal qrafikadan ibarətdir. Müxtəlif texnikalardan istifadə edərək ətrafdakı gözəllikləri canlandırmağa çalışan, daim yeniliklərin axtarışında olan rəssam unikallığı, janr müxtəlifliyi ilə seçilir.

 

Əsərlərində tarixiliyə daha çox üstünlük verən R.Canıbəyov boyaların köməyi ilə Vətəninə, doğma Bakıya olan sonsuz məhəbbətini ifadə edir. O, sərgidə nümayiş olunan, köhnə Bakıya həsr etdiyi rəsmlərində şəhərin sakit küçələrini, məhəllələrini, milli memarlığını, mehriban və ünsiyyətcil sakinlərinin məişətini özünəməxsus tərzdə təsvir edə bilmişdir. Sərginin də əsas məqsədi rəssamın ətrafımızdakı gözəlliklərə olan hislərini tamaşaçıya çatdırmaqdır. Sərginin adı və ideyası da məhz buradan yaranmışdır.

 

Tədbirin sonunda rəssam Rauf Canıbəyov “Bakı küləklər şəhəri” adlı rəsm əsərini muzeyin baş mühafizi Məhfuzə Zeynalovaya təqdim edərək Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə etdi.

 

Sərginin iş rejimi: 8 – 15 aprel 2022 (giriş sərbəstdir, pulsuzdur)

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...