Mamontları dirildəcəklər

08:45 09-04-2022 | icon 426 | Maraqlı
Mamontları dirildəcəklər

Günümüzdə mamontları yalnız skeletlər halında və ya muzeylərdə müqəvvalar kimi görmək mümkündür. Arxeoloqlar planetin nəsli kəsilmiş bu sakinlərinin necə olduqlarını göstərmək və izah etmək üçün skelet və müqəvvaları sümüklərdən ərsəyə gətiriblər. Alimlər isə hələ də onları canlandıra biləcəklərinə ümid edirlər.

 

“Biz birinci olacağıq”, – deyə Amerikanın “Colossal” şirkətinin biogenetiki Ben Lamm əminliklə bildirib.

 

O əlavə edib ki, apardıqları təcrübələr qlobal istiləşmə və nadir heyvan növlərinin nəslinin kəsilməsi ilə mübarizədə kömək edə bilər.

 

Lamm altı mamontun canlandırılması üçün iddialı təkliflər irəli sürən layihə üzrə 15 milyon dollar toplayan Amerika startapına rəhbərlik edir. Alimlər Harvard Tibb Məktəbinin tədqiqatçıları ilə birlikdə çalışacaqlar.

 

“Dirildəcəyimiz ilk mamont fil ölçüsündə olacaq. Düşünürəm ki, yarım əsrdən sonra onların sayı o qədər çox olacaq ki, Arktikada tarixdən əvvəlki təbiəti yenidən yaratmaq mümkün olacaq”, – deyə Lamm fikrini izah edib.

 

Məqsədlərinə çatmaq üçün alimlər genlərin redaktəsi texnologiyalarından istifadə etmək və Asiya filinin DNT-sinə permafrostda (donmuş yeraltı qat) tapılan bu heyvanların arasından götürülmüş mamontun DNT-sini əlavə etmək niyyətindədirlər.

 

Mamont və Asiya filinin DNT-ləri 99% uyğunluq təşkil edir ki, bu da elm adamlarına bu işdə uğur qazanacaqları ilə bağlı əminlik verir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi