“Bu il icbari tibbi sığortaya keçid yekunlaşacaq”

14:18 07-01-2019 | icon 328 | Cəmiyyət
“Bu il icbari tibbi sığortaya keçid yekunlaşacaq”

 

“2019-cu il bütün ölkə ərazisində icbari tibbi sığortaya keçidin yekun, həlledici ili olacaq. İcbari tibbi sığortanın maliyyə və təşkilati-hüquqi əsaslarının yaradılması, sistemin kadr təminatı, tibb müəssisələrinin attestasiyası, ilkin tibbi xidmət göstərən ailə həkimi institutunun yaranması, icbari tibbi sığorta fondunun formalaşması və s. iqtisadi-hüquqi, təşkilati münasibətlərin tənzimlənməsi üçün geniş hüquqi baza yaradacaq mövcud qanuna əlavə və dəyişikliklərin qəbul olunması çox əhəmiyyətlidir”.

 

Versus.Az - ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, “Tibbi sığorta haqqında” qanunda icbari tibbi sığortanın maliyyə mənbələri, sığorta haqlarının məbləği, hesablanma və ödənilmə qaydası öz əksini tapıb:

 

“Sənəddə xidmətlər zərfinin baza hissəsinin sığorta məbləği təqvim ili üçün adambaşına 29 manat müəyyən edilib. Bu vəsait dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsi üçün muzdlu əməklə məşğul olan şəxslər üzrə əmək haqqından 4% sığorta məbləği nəzərdə tutulur ki, bu məbləğ işəgötürən və işçi tərəfindən hərəyə 2% olmaqla ödəniləcək. Digər kateqoriyadan olan şəxslər isə təqvim ili ərzində 120 manat sığorta haqqı ödəməklə il ərzində tam həcmdə tibbi yardım almaq hüququ əldə edəcəklər”

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol