Hazırda bitki yağları insanların ən çox istifadə etdiyi yağdır. İllərdir dietoloqlar kərə və heyvani yağdan çox bu yağları təbliğ edirlər.
Lakin heç də bütün bitki yağları gözlənildiyi qədər faydalı deyil.
Versus.Az xəbər verir ki, alimlər orqanizmə ən zərərli bitki yağlarının siyahısını açıqlayıb.
Birinci yerdə palma yağıdır. Hazırda dünyada istehsal üzrə ikinci yerdədir.
Alimlərin fikrincə, palma yağı yüksək hərarətdə qızdırdıldıqda xərçəngə səbəb olur. Qan xəstəlikləri yaradır, ürək damarlarını tıxayır.
Onun tərkibində həddən artıq çox doymuş yağ turşularının olması liöid statusunu pisləşdirir, diabetə səbəb olur.
İkinci yerdə günəbaxan yağı gəlir. 2017-ci ildə aparılmış elmi tədqiqata əsasən, günəbaxan tumlarında olan həddən artıq yüksək miqdar Omeqa 6 orqanizmdə iltihabi prosesləri artırır, diabet və xərçəngə səbəb olur.
Üçüncü yerdə qarğıdalı yağıdır. Onun barəsində də fikirlər birtərəfli deyil.
Bu yağ yarım doymuş yağ turşuları ilə o qədər zəngindir ki, qaraciyərdə iltihab yaradır, onun hüceyrələrini zədələyir. Qarğıdalı yağını 180 dərəcəyə qədər qızdırdıqda, çox sayda aldegidlər hasil olur ki, bu da toksiki birləşmədir, insan DNT-sini molekulyar səviyyədə zədələyir.
Dietoloqlar kokos, soya yağlarını da az miqdarda qəbul etməyi tövsiyə edir. Onların istehsalında çoxlu kimyəvi qatqılar istifadə olunur.
Ekspertlər təbii əritilmiş kərə yağı, inək südündən alınmış yağ, təmiz zeytun yağı tövsiyə edir. /Bakupost.az/