Brüsseldə əldə olunan əsas razılaşmalar...

09:26 11-04-2022 | icon 354 | Siyasət
Brüsseldə əldə olunan əsas razılaşmalar...

"Aprelin 6- da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Brüsseldə keçirilən üçtərəfli görüş Azərbaycanın növbəti diplomatik uğuru kimi yadda qalacaq. Azərbaycanın müzəffər lideri cənab İlham Əliyev həmişəki kimi təmkinli, özünə inamlı və qürurlu idi.
Hər kəs gördü ki, Brüssel görüşündə masada olan Azərbaycanın təklifləridir, görüşün formasını da, mahiyyətini də, tonunu da Azərbaycan diqtə edir".

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev sosial şəbəkə platformasında Brüssel görüşünü şərh edərkən bildirib.

 


"Cənab Prezident İlham Əliyevin irəli sürdüyü baza prinsiplərinə əsaslanan 5 təklif Brüssel müzakirələrinin gündəmi oldu. Əsas razılaşmalar da bu istiqamətdə əldə edildi: -sərhədlərin delimitasiyası prosesinə başlamaq üçün işçi qruplarının tezliklə yaradılması;
- kommunikasiyaların , o cümlədən, Zəngəzur dəhlizinin açılması istiqamətində razılaşmanın əldə edilməsi;
- suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması təklifinə Ermənistan tərəfin etiraz etməməsi;
Danışıqlar zamanı " Dağlıq Qarabağ", "status", " Minsk qrupu" ifadələrinin ümumiyyətlə, işlədilməməsi".

 

M.Quliyev qeyd edir ki, Brüssel görüşünün əsas nəticələrindən biri bölgədə davamlı sülh prosesi üçün getdikcə möhkəmlənən etimad mühiti yaranmaqdadır.

 

"Rusiya ilə yanaşı Avropa İttifaqı da Azərbaycanın ədalətli qələbəsini qəbul edir və münaqişənin həllinin son mərhələsinə öz töhfələrini vermək istəyirlər.
Ermənistan Baş nazirinin Azərbaycanın təkliflərinə açıq mətnlə etiraz etməməsi də diqqətdən qaçmamalıdır və bu fakt artıq Paşinyanın və erməni ictimaiyyətinin reallıqla barışmaq zorunda olduğunun göstəricisi kimi qiymətləndirilməlidir.
Brüssel görüşü İrəvandakı revanşistlərə və Xankəndidəki separatçı tör- töküntülərinə çox sərt, həm də sonuncu xəbərdarlıq oldu: bölgədə ab- havanı Azərbaycan müəyyən edir, sabahkı aqibətiniz davranışınızdan asılı olacaqdır və davranışlarınızı bölgənin lideri cənab İlham Əliyevin addımlarının ritminə uyğunlaşdırmağa məcbursunuz!
Gələcək əmin-amanlığınız və rahatlığınız Azərbaycan bayrağının kölgəsində olacaqdır.
Bu torpaqlarda bundan sonra başınızı yuxarı qaldıranda bayaqlarımızı və Bayraqdarlarımızı görməyə alışmaqdan başqa yolunuz yoxdur.
Brüssel müzakirələri həm də onu göstərdi ki, Avropa hələ azərbaycanca danışa bilmir, amma azərbaycancanı eşidir, başa düşməyə , dərk etməyə çalışır".

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin