Azərbaycan XİN-dən Ermənistana CAVAB

10:35 11-04-2022 | icon 389 | Siyasət
Azərbaycan XİN-dən Ermənistana CAVAB

“Ermənistan XİN-in növbəti əsassız, hüquqazidd, düşmənçilik dolu bəyanatını rədd edir, iki dövlət arasında normallaşma addımlarının atılması qərarları verildiyi bir vaxtda Ermənistan tərəfinin dağıdıcı mövqeyini qətiyyətlə qınayırıq”.

 

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb:

“1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq, bu insanların 30 ilə yaxın fundamental hüquqlarını kobudcasına pozan, hərbi təcavüz zamanı çoxsaylı hərbi cinayətlər törədən, o cümlədən 613 mülki şəxsi Xocalıda bir gecədə vəhşicəsinə qətlə yetirən, hələ 90-cı illərin əvvəllərində itkin düşən və bir hissəsinin kütləvi məzarlıqları indi tapılan 4000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı cavabdehlik daşıyan və törətdiyi çoxsaylı cinayətlərə görə bu günədək məsuliyyətdən yayınan Ermənistan tərəfi hansı əsasla kütləvi qətldən, etnik təmizləmədən danışır?! Ermənistan XİN-in Azərbaycan ərazisində separatçılığı təşviq edən, beynəlxalq hüquqa zidd olaraq digər dövlətin daxili işlərinə müdaxilə olan, bölgədə sülh quruculuğu səylərinə xələl gətirən bu bəyanatı qarşı tərəfin əsl niyyətinin normallaşma və sülh şəraitində birgə yaşayış olmadığını nümayiş etdirir. Ermənistanın seçimindən asılı olmayaraq, Azərbaycan öhdəliklərinə və beynəlxalq hüquqa uyğun olaraq, beynəlxalq sərhədləri çərçivəsində inkişaf və tərəqqiyə doğru addımlarını davam etdirəcəkdir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı