"Xaricilər şəkil çəkdirəcəkdilər ki, Azərbaycan Dubaya bənzəyir"

21:05 12-04-2022 | icon 334 | Siyasət
"Xaricilər şəkil çəkdirəcəkdilər ki, Azərbaycan Dubaya bənzəyir"

Razi Nurullayev: "Azərbaycanda ifrat dərəcədə kasıb yaşayan insanlar var"

 

"Ölkənin bir nömrəli bankiri hörmətli Elman müəllimin işini heç zaman bəyənməmişdim. Deputat olandan sonra onunla görüşüb illərdən bəri qəlbimi deşən sualları ona vermək istədim. Görüşmədi və hələ məni görüşmək istədiyimə görə də şikayət etdi. Çünki, görüşün səbəbini bilirdi. Mən Baş bankiri ən sərt tənqid edənlərdən olmuşam və sonuncu tənqidimi edirəm. Daha bundan sonra yaraşmaz".

 
 
Versus.Az xəbər verir ki, bunu MCP sədri, deputat Razi Nurullayev Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsnə münasibət bildirərkən deyib:
 

"Biz bir yanda Qarabağ müharibəsi ilə çarpışdığımız, 1 milyon qaçqın və köçkünün erməni qəsbkarlarından azad olunan, xarabazara çevrilən yurdlarına köçürmə öhdəliyi ilə üz-üzə qaldığımız zamanda hörmətli Elman müəllim özünə 160 metrlik, 37 mərtəbəli, 450 milyon manatlıq ofis-obyekt tikmək qərarı ilə yaddaşlara yazıldı. İndiki vəziyyətdə qızıldan, briliyantdan tikilən bina bizə lazım deyildii axı. Şəxsən bizə, xalqa da lazım deyil".
 
 
R.Nurullayev qeyd edib ki, Qarabağın bərpası üçün yüz milyardlar lazımdır:
 
 
"Bizə bu israfçılıq lazım idi? “YAŞAT” Fonduna, Koronavirusla Mübarizəyə Dəstək Fonduna, Qarabağın Dirçəlişi Fonduna, Silahlı Qüvvələr Yardım Fonduna və digərlərinə pul istəyirik, kasıb-kusubun əmək haqqından tutub ora köçürürük, bunlar da yarım milyard manata özlərinə bina tikirlər. Bunu nə yer götürər, nə də göy!
Böyük bina tikməklə bizə varlı deyəcəklər?! Azərbaycanda ifrat dərəcədə kasıb yaşayan insanlar var. Mən getdiyim yerlərdə az qala acından ölən insanlar gördüm! Müxtəlif yerlərə - görüşlərə gedirəm, orda yaxasını dartıb cıran, əlacsız, kömək istəyən minlərlə insan görürəm!
 
Kasıb insanlar təzə tikilən binanı görəndən sonra varlı yaşayacaqlar?! Dövlət idarələrinə çoxmərtəbəli, təmtəraqlı binalar tikiləndə, insanlarımız yaxşı yaşayacaq?! O boyda pulu bir binanın tikintisinə sərf etmək bu ölkənin harasına yaraşırdı? Nədir-nədir, xaricilər gələcək, şəkil çəkdirəcəklər ki, Azərbaycan Dubaya bənzəyir. Ölkəmizin nüfuzu qalxacaq. Belə əsaslandırırlar, yalan hipotezalar qururlar, sui-istifadə edirlər və bununla da ölkənin Birinci şəxsini də zərbə altına qoyurlar. Mənə Dubaya bənzəyən Azərbaycan, Nyu-Yorka bənzəyən Azərbaycan, Moskvaya bənzəyən Azərbaycan, Tokioya bənzəyən şəhər yox, insanın bərabər, xoşbəxt, ləyaqətli yaşadığı Azərbaycan lazımdır".
 
 
Deputat Azərbaycan manatının ölməsi, maliyyə sisteminin çökməsində də Elman Rüstəmovu günahkarlardan biri kimi gördüyünü qeyd edib:
 
 
"Vətəndaşların onilliklərlə dişi-dırnağı ilə yığdığı pulları qiymətsizləşdi, birdən-birə insanlar iki-üç dəfə kasıblaşdı. Gərək o zaman istefa verəydi. Azərbaycanın yüksək vəzifəli şəxslərinin bank yaradıb dövlət büdcəsini, ayrılan pulları onlar vasitəsilə silməyə şəraiti kim yaradıb? Kim buna görə məsuliyyətə cəlb edilib?
Bu suallar açıq qalır".
 
 
R.Nurullayev yeni Baş bankir Taleh müəllimə isə uğurlar arzuladığını qeyd edərək, gözləntilərin böyük olduğunu deyib.
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI