Su və duzun qan təzyiqinə TƏSİRİ

08:54 13-04-2022 | icon 539 | Sağlamlıq
Su və duzun qan təzyiqinə TƏSİRİ

Qan təzyiqini normallaşdırmaq üçün gündə azı 1,2 litr su içilməli, duzdan isə imtina edilməlidir

 

Bu barədə dietoloq, nutrisioloq Yevgeni Arzamastsev qan təzyiqində sıçrayışların qarşısını almaq barədə danışarkən bildirib.

 

Onun sözlərinə görə, su rejimi normallaşdırılmasa, insan az və ya yalnız bir dəfə içirsə, təzyiqdə oynamalar ola bilər.

 

“Bu, bədəndə hüceyrə daxilində və xaricində mayenin yenidən bölüşdürülməsi (buna görə təzyiqin oynaya biləcəyi) ilə izah olunur. Nəticədə təzyiq bir gün normal, ertəsi gün anormal olur”, - deyə Arzamastsev izah edib.

 

Diyetoloqun sözlərinə görə, müntəzəm olaraq lazımi miqdarda su istehlak edilsə, o zaman mayenin yenidən bölüşdürülməsinə cavabdeh olan hormonlar da sabitləşməyə başlayacaq.

 

Arzamastsev həmçinin duzdan imtina etməyə çağırıb, çünki duz mayeni bədəndə saxlayır.

 

“Onu rasiondan xaric etdikdən sonra artıq maye orqanizmi kifayət qədər yaxşı tərk edir, dövran edən qanın həcmində azalma olur, bunun fonunda da təzyiq azalır”, - deyə o, vurğulayıb.

 

Bundan əlavə, kalium və natriumla zəngin qidalar bədəndəki maye balansına cavabdeh olduğu üçün qan təzyiqini azaldır. Belə qidalara banan və quru meyvələr daxildir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...