"7 dairədə seçkilərin təşkilində MƏNTİQ YOXDUR"

13:36 13-04-2022 | icon 538 | Siyasət
"7 dairədə seçkilərin təşkilində MƏNTİQ YOXDUR"

 

"Ən yaxşısı referendum keçirib proporsional sistemə keçidi səsə qoysunlar"

 

"Əhalinin 300 min nəfərinin deputatı var, yerdə qalan seçicilərin deputatı yoxdur. Bu gün parlamentdə vur-tut beş-altı deputatın fəaliyyəti görünür".

 

Versus.Az xəbər verir ki, bunu parlamentdə boş qalan yerlərə seçkilərin niyə keçirilmədiyi ilə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

 

Partiya sədri yeddi dairədə seçkilərin təşkilində bir məntiq görmədiyini vurğulayıb:

 

“Hesab edirəm ki, əksinə, 300 min əhalinin deputatı var, yerdə qalan seçicilərin deputatı yoxdur. Bu gün parlamentdə vur-tut beş-altı deputatın fəaliyyəti görünür, vətəndaşların, seçicilərin problemlərindən danışırlar, dairələrdə görüşlər keçirirlər. Qalanlarının heç bir fəaliyyəti yoxdur. Yəqin ki başları öz şəxsi problemlərinə qarışıb. Bu baxımdan hesab edirəm ki, boş qalan dairələrə seçkilərin keçirilməsi məntiqəuyğun deyil".

 

Fuad Əliyev qeyd edib ki, ən yaxşısı referendum keçirib bir neçə vacib məsələlərlə yanaşı, seçkilərin proporsional sistemə keçirilməsi məsələsini səsverməyə çıxarsınlar:

 

"Referendum keçiriləndən sonra yeni parlament seçkiləri təyin etmək olardı. Fikrimcə, bu daha məntiqli olar”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı