İlqar Altay: “ Biz prosesləri yaratmırıq, proseslər bizi idarə edir”

17:26 07-01-2019 | icon 545 | Siyasət
İlqar Altay: “ Biz prosesləri yaratmırıq, proseslər bizi idarə edir”

 

“Bizim ictimai-siyasi mühit incəsənətin meyxana, deyişmə növü  ilə səciyyəlidir - yeniliksiz, kreativsizlik, təşəbbüssüszlük, nizamsızlıq. Yeni il ərəfəsi həbsdəki bloqqerə qarşı haqsızlıq olmasaydı və o da etiraz olaraq aclıq etməsəydi, yəqin ki, cəmiyyətdə  heç bir aktivlik görünməyəcəkdi.  ”

Bunu Versus.Az-a siyasi  ekspert İlqar Altay yeni ildə Azərbaycanın ictimai-siyasi həyatında yaranan yeni aktivliyin istiqamətləri ilə bağlı açıqlamasında bildirib.

İ.Altay bildirib ki, elə bir duruma çatmışıq ki, hadisələr, proseslər bizi qabaqlayır, biz onların arxasınca sürünürük.

“ Biz prosesləri yaratmırıq, idarə edə bilmirik, proseslər bizi idarə edir. Ona görə də sönmə kütləşmə gedib. Sanki, bizim ictimai-siyasi mühit incəsənətin meyxana, deyişmən növü  ilə səciyyəlidir - yeniliksiz, kreativsizlik, təşəbbüssüszlük, nizamsızlıq. Bir gənc bloqqerin inadı, mübarizliyi, enerjisi bir böyük ictimai-siyasi oyadıb hərəkətə gətirib. Bilmirəm, Mehman aclığı dayandırandan sonra nə olacaq”.

 

İ.Altay yeni ildə siyasi partiyalardan müəyyən gözləntilərin həyata keçirilməsi istəyini də ortaya qoyub. Bildirib ki, bir-birinə ideoloji, mövqe və ölçü baxımından uygun olan siyasi partiyalar birləşsə yaxşı olar, daha özlərinə "sputniklər" hesabına süni birlik düzəltmələrlə yox.

“ Bu birliklərdə  enerjilərini bir-biri ilə rəqabətə yox, özünüqurma və inkişafa sərf edərlər. Bizim xalqın arxayınçılığı və ölkənin də siyasi inkişaf tamlığı, yetkinliyi o zaman olacaq ki, iqtidara alternativ və ölkəni idarə etmək yetkinliyinə hazır, real, güclü müxalifətimiz olacaq”.

 

Ləman

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin