Bakı-Naxçıvan-Bakı istiqamətində gecə reysi olacaq

17:52 07-01-2019 | icon 507 | Gündəm
Bakı-Naxçıvan-Bakı istiqamətində gecə reysi olacaq

 

Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə  gecə reysi həyata keçiriləcək. Versus.Az xəbər verir ki, bu barədə  Modern.az-a Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

 

P.Məmmədova qeyd edib ki, 11 yanvar 2019-cu ildən etibarən hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə  gecə reysi həyata keçiriləcək:

 

“Avtobus Bakıdan saat 21:00-da hərəkət edəcək.  Naxçıvandan  isə saat 19:30-da yola düşəcək. Biletin bir istiqamət üzrə qiyməti 25 AZN təşkil edir”.


Sərnişinlər Bakı-Naxçıvan-Bakı reysinə biletləri Bakı Beynəlxalq Avtovağzalının qabaqcadan satış kassalarından, eləcə də Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 41 ünvanında yerləşən aviakassadan əvvəlcədən  ala bilərlər.

 

Qurum rəsmisinin sözlərinə görə, 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur:

“5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faiz ödənilir. 
Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. 

 

Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub”.

 

P.Məmmədova qeyd edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən  hərəkət etməyən beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə qurum məsuliyyət daşımır.

 

Versus.Az

 

 

us.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI