Türk filmləri Azərbaycanda niyə tərcümə ilə verilir?- RƏY

17:27 14-04-2022 | icon 427 | Mədəniyyət
Türk filmləri Azərbaycanda niyə tərcümə ilə verilir?- RƏY

Ölkə televizyalarında bir neçə məşhur Türkiyə serialı tərcümə ilə yayınlanıb və yayımlanmağa davam edir. İzləyicilər düşünürlər ki, hər kəsin başa düşdüyü Anadolu türkcəsində yayınlanan serialların tərcümə edilməsi onları sadəcə baxımsız hala gətirir.

Məsələn,  “Diriliş Ərtoğrul”, “Quruluş Osman”, “Aşka Sürgün”, “Yaprak Dökümü”, “Min Bir Gecə”  və bir neçə seriallar da müxtəlif telekanallarda  tərcümə olunmuş formada yayınlanıb.   

Bundan əlavə Kamal Sunalın filmləri də televizyalarda dublyaj olunmuş formada yayınlanır.

İzləyicilər Hindistan, Avropa filmlərinin tərcümə edilməsini normal qarsalayırlar. Hesab edirlər ki, türk filmlərinin tərcüməsinə sərf edilən vaxta məşhur qərb filmlərini tərcümə etmək daha uyğundur.

Xatırladaq ki, 2012-ci ildə Azərbaycan telekanallarında əcnəbi serialların yayınına qadağa qoyulmuşdu. Ancaq  bu qadağa 2020-ci il 1 sentyabrda ləğv olunub.  Qərara əsasən, əcnəbi seriallar yalnız 23.00-07.00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş oluna bilər. Bundan əlavə, həftə ərzində hər bir yayınçı 07.00–22.00 arası vaxt aralığında 2 (iki) saat əcnəbi teleserial yayınlaya bilər.

Versus.az xəbər verir ki, mövzu ilə bağlı Musavat.com-a açıqlama verən teletənqidçi, professor Qulu Məhərrəmli bildirib ki, birinci dəfə deyil ki, türk filimlərinin, o cümlədən seriallarının Azərbaycan dilinə çevrilməsi ilə bağlı belə məsələlər qalxıb:

“Bununla da bağlı mətbuatda müxtəlif fikirlər səslənib. Eyni kökdən olan dildir. Xüsusən də serialların dili çox anlaşıqlı olur.  Tərcümələr, dublyaj və dublyajın keyfiyyəti Azərbaycan tamaşaçılarını bəzən narazı salıb. Lakin məsələ burasındadır ki, dövlət dili haqqında belə qanun var ki, bütün əcnəbi  film və seriallar tərcümə olunmalıdır”

Teletənqidçi bildirib ki, filmlərin və teleserialların tərcümə olunub verilməsi ilə bağlı ən yaxşı variant orijinal səsin efirə getməsi və alt yazılarla o filmin təqdim olunmasıdır:

“Belə olduğu halda həm biz o koloriti hiss edərik, həm də bir növ kino və teleserialları tərcümə etmiş olarıq. Yəni alt yazılarla efirə verilməsi daha məqsədəuyğundur və bu variant tamaşaçıların narazılığının qarşısını müəyyən qədər ala bilər. Seriallarda oxşar və yaxın dillər olanda adətən bu  variantdan istifadə edilir və mən də bunu ən doğru yol sayıram”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin