Britaniyada Ukraynalı qaçqın qadınları fahişəliyə cəlb edirlər

19:18 14-04-2022 | icon 671 | Dünya
Britaniyada Ukraynalı qaçqın qadınları fahişəliyə cəlb edirlər

Birləşmiş Millətlər Təşkilatının açıqladığı son məlumatlara görə, müharibə səbəbindən Ukraynanı tərk etməli olan Ukrayna vətəndaşlarının sayı 4 milyonu keçib. Müharibədən qaçan və Britaniyada yeni həyata başlamağa çalışan ukraynalı qaçqın qadınlar zorakılıq edən kişilər və əxlaqsızlıq yuvalarını himayə edən qruplarının hədəfindədir.

 

Versus.az Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, əzabdan yaxa qurtarmaq üçün başqa ölkələrə sığınan ukraynalı qaçqın qadınlar bu dəfə Avropadakı fahişə dəstələrinin “yeminə” çevrilmək təhlükəsilə üzləşiblər. Britaniyaya sığınan ukraynalı qadınların zorakılığa meyilli kişilər tərəfindən təqib edilməsi dünyanı şoka salıb.



"The Times" nəşrinin apardığı araşdırmaya görə, "Ukrayna üçün evlər" proqramı çərçivəsində İngiltərəyə gələn, əksəriyyəti qadın olan qaçqınlara qarşı təzyiq iddiaları bomba kimi gündəmə düşüb.

Qeyd edək ki, ötən ay Britaniya hökuməti yeni viza proqramı çərçivəsində evlərini ukraynalı qaçqınlara açacaq ölkə vətəndaşlarının ayda 350 funt-sterlinq (təxminən 6750 TL) həcmçində dəstək alacağını açıqlamışdı. Britaniya vətəndaşları arasında bu proqramdan öz məkirli məqsədləri üçün istifadə etməyə çalışanların sürətlə artması, hazırda ciddi narahatlığa səbəb olub.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...