"Hərbi cinayətlər törətməsi faktı təsdiq edilmiş olur”

10:49 15-04-2022 | icon 689 | Geopolitika
"Hərbi cinayətlər törətməsi faktı təsdiq edilmiş olur”

Aytən Qurbanova: “Cəzalandırılma tələbi ilə çıxış edəcəyinə ümid edirik”

 

“ABŞ Dövlət Departamenti tərəfindən yayınlanan illik hesabatın Ermənistana aid olan hissəsində İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın törətdiyi müharibə cinayətlərinə dair bəzi qeydlərin öz əksini tapması kifayət qədər mühüm məsələdir. Çünki həmin qeydlərdə azərbaycanlı hərbi əsirlərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalması nəticəsində qətlə yetirilməsi və Ermənistanın beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərinə zidd olaraq hərbi cinayətlər törətməsi faktı təsdiq edilmiş olur”.

 

Versus.az xəbər verir ki, bunu siyasi şərhçi Aytən Qurbanova ABŞ Dövlət Departamentinin rəsmi saytında 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatın Ermənistan hissəsində 2020-ci ildə etnik erməni qüvvələrinin bəzi azərbaycanlı əsirləri qanunsuz şəkildə qətlə yetirdiklərinə və işgəncəyə, ləyaqəti alçaldan rəftara məruz qoyduqlarına dair məlumatların yer alması ilə bağlı açıqlamasında bildirib.

 

Qeyd olunan sənəddə həmçinin, Azərbaycan Baş Prokurorluğunun Kəlbəcər rayonunun Başlıbel kəndində 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən öldürüldüyü iddia edilən azərbaycanlılara aid məzarların axtarışına başlayıb. Həmçinin, Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda azərbaycanlılara məxsus onlarla qəbirstanlığın dağıdılması ilə bağlı sübutlar üzə çıxıb. 2020-ci ildə atəşkəsin əldə olunmasından sonra Ermənistanın daha əvvəl nəzarət etdiyi Azərbaycan ərazilərində 7 azərbaycanlı hərbçi və 29 mülki şəxsin minaya düşərək həlak olduqları, xeyli sayda insanın yaralandığı qeyd edilib. Digər tərəfdən, hesabatda Azərbaycan Respublikasının Baş Prokurorluğunun Kəlbəcər rayonunun Başlıbel kəndində başlatdığı cinayət işinə istinad edilərək, Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən öldürülən azərbaycanlılara aid məzarların aşkar edilməsi üzrə axtarışların davam etdirilməsi və işğaldan azad edilmiş ərazilərdə azərbaycanlılara məxsus qəbirstanlıqların dağıdılması ilə bağlı sübutlar yer alıb. 

 

A.Qurbanova bildirib ki, hesabatda əks olunmuş bütün bu qeydlər Azərbaycan Respublikasının Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərə qarşı hüquq müstəvisində apardığı mübarizədəki haqlı mövqeyini dəstəkləyəcək əsaslı faktlar sırasında təqdim edilə bilər.

 

“Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda, Amerika Birləşmiş Ştatlarının və eləcə də, digər qlobal güclərin və beynəlxalq təşkilatların Ermənistanın törətdiyi müharibə cinayətlərinə dair belə təkzibolunmaz faktlar qarşısında nəhayət ki, ədalətli mövqe nümayiş etdirərək cinayətkarın cəzalandırılması tələbi ilə çıxış edəcəyinə ümid edirik”. /hafta.az/

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI