“Erməni tərəfi Rokfeylnən manipulyasiya edir”

10:57 16-04-2022 | icon 525 | Geopolitika
“Erməni tərəfi Rokfeylnən manipulyasiya edir”

Məhəmməd Əsədullazadə: “Çalışır ki, Azərbaycan-Ermənistan münasibətlərini inhisarında saxlasın”

 

İrəvana səfər etmiş ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bris Rokfeylin Ermənistan rəsmiləri və  KİV-i  tərəfindən  “Minsk Qrupu həmsədri” kimi təqdim edilməsinə baxmayaraq, Rokfeylin İrəvana “həmsədr” kimi yox, Fransa XİN-nin Şərq Tərəfdaşlığı proqramı üzrə  nümayəndəsi kimi səfər etməsi ortaya çıxmaqla ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

 

Eləcə də, Rusiyanın xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayevin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının təşviqi üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilməsi Kremlin Minsk Qrupu formatından uzaqlaşaraq xüsusi nümayəndəlik institutuna üstünlük verdiyini göstərir. Xüsusi nümayəndəliyin isə sırf Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi ilə məşğul olacağı bildirilir.

 

Fransa və Rusiya tərəfindən atılan bu addımlar nəyi ifadə edir?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə şərh verən siyasi şərhçi Məhəmməd Əsədullazadə Rusiya və Fransadan  atılan məlum addımların birmənalı olmadığını qeyd edib.

 

O, bildirib ki, ikinci Qarabağ müharibəsindən sonra Minsk Qrupu formati itib və Azərbaycan da bunu daim yüksək səviyyədə elan edib. Onun sözlərinə görə,  Rusiya-Ukrayna müharibəsi fonunda Fransa və Amerikanın Rusiya ilə əməkdaşlığını dayandırması Minsk Qrupunun uğursuzluğuna gətirb çıxartdı:

 

“Rusiyanın Minsk Qrupundakı nümayəndəsini Azərbaycan-Ermənistan üzrə xüsusi nümayındə təyin etməsi, prosesdən kənarda qalmamaq və özünün vasitəçiliyini davam etdirmək istəyi ilə bağlıdır. Azərbaycan tərəfi belə bir vasitəçiliyi qəbul etməməlidir.  Bu, Brüsselin vasitəçiliyi ilə həyata keçirilən  sülh danışıqlarına mane ola bilər. Minsk Qrupu tarixin arxivinə qovuşdu və onun fəaliyyəti  hər hans bir prosesə imza ata bilməz.  Azərbaycan Prezidenti də məhz artıq Minsk Qrupuna ehtiyacın olmadığını vurğuladı. Rusiyanın bu Qrupu dirçəltmək cəhdləri də nəticəsiz qalacaq.  Rusiya bununla çalışır ki, Azərbaycan-Ermənistan münasibətlərini özünün inhisarında saxlasın”.

 

Politoloq eyni zamanda bildirib ki,  ermənilər  Fransadan olan həmsədrin Ermənistana səfərini özlərinə sərf edən kontekstdən şərh edirlər. Onun fikrincə, bu, Minsk Qrupunun dirçəldilməsinə doğru növbəti cəhdlərdən biridir:

 

“Fransanın həmsədrliyi  nəyi dəyişə bilər. Paşinyan da parlamentdə Minsk Qrupunun adını çəkmədi,  Qarabağ məsələsində geriyə addım atdıqlarını vurğuladı. Şübhəsiz ki,  Rokfeyl İrəvana “həmsədr” kimi yox, Fransa XİN-nin Şərq Tərəfdaşlığı proqramı üzrə nümayəndəsi kimi səfər edib. Erməni tərəfi sadəcə olaraq Rokfeylənən manipulyasiya edir”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür