Artist və oğlunun "O səs Türkiyə" yalanı

12:51 08-01-2019 | icon 548 | Şou-biznes
Artist və oğlunun "O səs Türkiyə" yalanı

 

Əməkdar artist Rəhman Rəhmanov müğənni oğlu Emil Rəhmanoğlunun "O səs Türkiyə" yarışmasına qatılması haqda açıqlama vermişdi.

Versus.Az axşam.az-a istinadən bildirir ki, "O səs Türkiyə" -nin uzun müddətdir yayımlanmağına baxmayaraq, Emilin çıxışı hələ də nümayiş edilməyib. Bununla bağlı sosial şəbəkədə də müzakirələr aparılıb, Emilin özünü gündəmə gətirmək üçün yalan danışdığı bildirilib.

R.Rəhmanın özü "Bizimləsən" verilişində "Emil "O səs Türkiyə"yə getdi. Münsiflər onu ayaqüstə alqışladılar. Özünüz də yayımlananda görəcəksiniz" sözlərini deyib.

Aktyor əməkdaşımızın bununla bağlı suallarına isə etiraz edib. Əvvəlcə bu haqda danışmaq istəmədiyini söyləyən R.Rəhmanov daha sonra oğlunun çıxışının verilmədiyini bildirib:

"Ora gedən mən deyiləm, bu haqda niyə danışım? Emil ora gedib, çıxış da edib. Amma müəyyən səbəblərə görə alınmadı. Nə edək?"

 

Prodüser-aparıcı Tarix Əliyev də bu haqda İnstaqram-ında paylaşım edib. O, Emilin yarışmaya qatılması haqda çoxlu mesajlar aldığını bildirib:

"Çox söz-söhbət gəlib qulağıma çatır. Hətta mənə mesajlar da gəlir. Bəziləri deyir ki, heç Emil getməyib yarışmaya, bəziləri də deyir ona münsiflər dönməyib. Niyə bu qədər yalan danışsın ki? Bu, ona nə verəcək?

İndi də bəziləri deyir ki, Emilin heç xarici pasportu yoxdur. Rəhman müəllim özü bu haqda xəbər yaymışdı".

Emillə əlaqə saxlamağa çalışsaq da, telefonunu açmayıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı