“İlin ilk siyasi tədbiri”

13:26 08-01-2019 | icon 391 | Siyasət
“İlin ilk siyasi tədbiri”

 

Müxalifət partiyası sədrlərinin ötən şənbə günü baş tutan görüşü, fakt olaraq diqqəti cəlb edir.

Bunu Versus.Az-a siyasi ekspert Əlabbas Məhərrəmli  yeni ildə Azərbaycanın ictimai-siyasi həyatında aktivliyi ilə müşahidə olunan məsələlərə baxış keçirərkən bildirib.

“Hələlik yeni ilin  cəmi bir həftəsi geridə qalıb. Ona görə də, indidən hansısa istiqamətdə xüsusi fəallığın olduğunu söyləmək tezdir. Ümumilikdə isə, siyasi fəaliyyətdə istirahət dövrü və ya mövsümilik olmur. Bu, fasiləsiz fəaliyyətdir.  Müəyyən dövrlərdə durğunluq, zəifləmə ola bilər, ancaq siyasi fəaliyyət “yenidənyükləmə” deyil. O baxımdan, məncə siyasətçidə adaptasiya problemi olmamalıdır”.

Ə.Məhərrəmli bildirib ki, ölkənin siyasi həyatındakı yeni addımı kimi bir çox müxalifət partiyası sədrlərinin ötən şənbə günü baş tutan görüşünü vurğulamaq olar.

“Bildiyim qədər, həmin görüşdə hər hansı konkret qərar qəbul olunmayıb. Lakin fakt olaraq, ilin ilk siyasi tədbiri kimi diqqəti cəlb edir”.

Ekspert bildirib ki, həmin görüşdə iştirak edən partiya sədrlərinin müəyyən format yaratmaq niyyətləri ortadadır. Ancaq buna nail olub-olmayacaqları müzakirələrin gedişindən, ortaq məxrəc tapmalarından asılı olacaq.

“Yəqin ki, qarşıdakı dövrdə bu məsələ aydınlaşacaq. Susqunluğa gəldikdə isəbunu ölkədəki ümumi vəziyyətlə əlaqələndirərdim”.

 

Ləman

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi