İftar süfrəsində kütləvi ZƏHƏRLƏNMƏ
Göyçay rayonunda kütləvi zəhərlənmə qeydə alınıb.
Versus.Az xəbər verir ki, rayonun Çərəkə kənd sakinləri ötən gün iftar süfrəsinə toplaşıblar.
Məclisdən sonra orada iştirak edən 10 nəfər xəstəxanaya müraciət edib.
Onların pomidordan zəhərləndikləri ehtimal edilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasından Polis Şöbəsinə məsələ ilə bağlı məlumat daxil olub. İlkin araşdırma aparılıb. Toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.
TƏBİB Göyçay rayonunda kütləvi zəhərlənmə ilə bağlı açıqlama yayıb.
Qurumdan bildirilib ki, 19.04.2022-ci il saat 00:49-da 10 nəfər (10 kişi) alimentar qastrit diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə daxil olub:
“Həkim heyəti tərəfindən vətəndaşlara ilkin zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil olduğu üçün ambulator müalicə üçün buraxılıblar”. /oxu.az/
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"