1000-ə yaxın dinc sakinin sığındığı “Azovstal”a hücum BAŞLADI
Rusiya ordusunun xüsusi qrupları Mariupoldakı “Azovstal” metallurgiya zavoduna hücuma başlayıb.
Bu barədə qondarma DXR-in nümayəndəsi Eduard Basurin xəbər verib.
“Azovstal” şəhərin mərkəzində yerləşən sənaye zonasıdır. Bildiyimə görə, xüsusi seçilmiş qrupların bir hissəsi artıq hücuma başlayıb”, - deyə Basurin bildirib.
Onun sözlərinə görə, Rusiya aviasiyası və artilleriyası hücumda kömək edir.
Qeyd edək ki, Mariupol polisinin məlumatına görə, “Azovstal” kombinatına qadınlar və uşaqlar da daxil olmaqla 1000-ə yaxın dinc sakin sığınıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"