Bakıda, Tbilisi prospekti 76 ünvanında, “Qanun” nəşriyyatının binası yanında qumbara tapılıb.
Bu barədə nəşriyyatın direktoru Şahbaz Xuduoğlu məlumat paylaşıb.
Bildirib ki, binanın ətrafını təmizləyən fəhlə, xoşbəxtlikdən, beli qumbaraya toxundurmayıb:
“Şəkildən göründüyü kimi, qumbara istifadə olunmayıb, necə deyərlər, “sağlamdır”. Fövqəladə Hallar Nazirliyinə xəbər verdik, çox sağ olsunlar, dərhal gəldilər”.
Hadisə yerinə FHN əməkdaşları gəliblər.