Deputatdan özbək gənclərinə ÇAĞIRIŞ

13:19 20-04-2022 | icon 508 | Mədəniyyət
Deputatdan özbək gənclərinə ÇAĞIRIŞ

"Özbəkistanın uğuru uğurumuz, problemi problemimizdir"

 

Azərbaycan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Surxandarya vilayətində, Termiz şəhər İncəsənət sarayında Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışında özbək gənclərinə çağırış edib.

 
 
Versus.Az xəbər verir ki, Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "biz Özbəkistanın uğurlarını öz uğurumuz bilir, Özbəkistanın hər hansı problemini də yenə öz problemimiz sanırıq" deyib:
 
 
”Bilirik ki, Azərbaycana münasibətdə də özbək qardaş-bacılarımız eyni həssasiyyəti göstərir. Bu həssasiyyəti 2020-ci ilin iyulunda baş verən Tovuz Döyüşlərində, 27 sentyabr 2020-ci ildə başlamış 44 günlük Azərbaycan Vətən Müharibəsində bir daha və biləvasitə gördük. Özbək xalqına və dövlətinə, özbək aydınlarına mənəvi dəstəyə görə çox minnətdarıq.
 
 
Bəli, Azərbaycanın tarixi Zəfəri bölgədə yeni reallıq yaradıb. Artıq heç kəsdə şübhə yoxdur ki, Azərbaycanın tarixi Zəfəri bütün Türk dünyası üçün yeni imkanlar açıb. Burada iqtisadi, ticari, əlverişli nəqliyyat imkanları öz yerində, mədəni mübadilə üçün də yeni imkanlar açılıb. Bilirsiz ki, Azərbaycanın Şuşa şəhəri Qafqazın konservatoriyası adlandırılır. 270 yaşlı Şuşa Azərbaycan milli mədəni varlığının ayrılmaz parçası olmaqla yanaşı, ötən ildən rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı statusu qazanıb. Prezidentin Sərəncamı ilə bu il Azərbaycanda Şuşa İli elan edilib. Gələn il isə Şuşa Türk dünyasının Mədəniyyət Paytaxtı olacaq – artıq bu barədə müvafiq qərar qəbul edilib. Gözlənildiyi üzərə, 2024-cü ildə İslam dünyasının Paytaxtı statusunu da Şuşa şəhəri daşıyacaq. Beləliklə, bu mühüm səbəblərlə, habelə beynəlxalq səviyyədə keçiriləcək “Xarı bülbül” festivalı, “Vaqif Poeziya Günləri”ndə özbək sənətçiləri, şair-yazarlar, yaradıcı insanlar Şuşaya səfər edəcək.
30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması nəticəsində Şuşadakı mədəniyyət ocaqları, kitabxanalar, muzeylər, məscidlər, abidələr, qəbristanlıqlar dağıdılmışdır. Şuşa azad olunandan sonra abidələrin bərpası, məhv edilmiş kitabxanaların yenidən qurulması, bir sözlə, işğal mədəniyyətsizliyindən azadlıq mədəniyyətinə, azadlıqdan abadlığa sürətli və keyfiyyətli keçid baş verməkdədir. Şuşada, ümumən işğaldan azad edilmiş Azərbaycan torpaqlarında görülən işlər qardaş ölkələrdə, dostlarımızda qürur hissi yaradacaqdır. Çox şadıq ki, bu bərpa, quruculuq işlərinə dəstək nümayiş etdirən qardaş Özbəkistan həmin ərazilərin bərpası üçün öz köməyini təklif edib. Özbək inşaatçılar o ərazilərdə obyektlərin bərpasında iştirak edəcək. Üstəlik, Özbəkistan bir məktəbi təmənnasız bərpa edərək Azərbaycan xalqına hədiyyə edəcəkdir.
 
 
Xalqlarımızın dost, qardaş münasibətləri, mədəni və ədəbi əlaqələrimiz haqqında günlərlə danışa bilərik. Günü-gündən yüksələn, inkişaf edən Azərbaycan-Özbəkistan əməkdaşlığında mədəniyyət, incəsənət xadimlərinin, şairlərimizin, yazıçılarımızın yeri və rolu qürurvericidir. Bu münasibətlər tarixən inkişafda olub, zamanın sınaqlarından çıxıb, möhkəmlənib.
 
 
İki ölkə arasında mədəni əlaqələrin dinamik inkişafından hamımız haqlı olaraq, sevinc, fərəh, qürur hissi keçiririk. Sistemli işlər nəticəsində mədəniyyət, incəsənət, digər əməli fəaliyyət sahələri üzrə işbirliyi platformaları qurulub. Bu işlərdə dövlət başçılarımızın xidmətlərini minnətdarlıqla qeyd edirik. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevlə yaxın dostluq və qardşlığı bizlər üçün bir örnək təşkil edir.
 
 
Ötən il Türk Şurasının İstanbulda keçirilən toplantısında Şuranın Türk Dövlətləri Təşkilatına çevrilməsi hamımızın böyük tarixi uğurudur.
 
 
Ötən günlərdə Azərbaycan Milli Məclisinin sədri Sahibə xanım Qafarova Özbəkistana rəsmi səfərdəydi və səfər çərçivəsində imzalanan sənədlər, keçirilən görüşlər, əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində aparılan danışıqlar parlamentlərimiz arasındakı işbirliyi üçün yeni üfüqlər açacaq.
Qardaş ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olması bütün Türk dünyası üçün əlverişlidir.
Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı, o cümlədən Özbəkistanda keçirilən Azərbaycan mədəniyyət günləri hörmətə layiqdir.
 
 
Münasibətlərin bu səviyyədə olmasında Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi rolunu qeyd etməkdən şadam.
 
 
Yaşasın Azərbaycan-Özbəkistan dostluğu və qardaşlığı!"
 
 
 
Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında tarixi dostluq və əməkdaşlıqdan söhbət açaraq, Surxandarya vilayətində qədim Termiz şəhərində Azərbaycan mədəniyyət günlərinin keçirilməsi, Xurşidbanu Natəvan adına Azərbaycan Ocağının açılmasını böyük hadisə kimi dəyərləndiriblər. Natiqlər Türk dövlətləri arasında əməkdaşlığın daha da gücləndirilməsindən danışıblar.
 
 
Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Nəfəs İB-nin sədri Firəngiz Balakişiyeva və nümayəndə heyəti üzvləri Surxandərya vilayətinin rəsmilərinə Qarabağ motivli hədiyyələr, tanınmış rəssamımız Sakit Məmmədovun “Azərbaycan qızı və Özbəkistan qızı” əsərini, Aygün Nağıyevanın “Xarıbülbül” əsərini, modelyer Afaq İsmayılzadənin Xarıbülbül motivli millli geyimini hədiyyə ediblər.
 
Q.Paşayeva habelə müəllifi olduğu “Addım-addım Özbəkistan”, özbəkcə gün üzü görmüş, Qarabağ hekayələrinin toplandığı “İtirdiyim xoşbəxtlik” kitablarını, digər çoxsaylı nəşrləri hədiyyə edib.
 
 
Daha sonra Azərbaycan mədəniyyət günləri münasibəti ilə hazırlanan mədəni proqram təqdim edilib. Azərbaycanlı modelyer Afaq İsmayılzadənin hazırladığı Azərbaycan və Özbək naxışlarının əks olunduğu milli libaslar nümayiş etdirilib. Termiz Dövlət Universitetinin tələbələrinin nümayiş etdirdikləri geyimlər “Qarabağ şikəstəsi” musiqisinin sədaları altında təqdim olunub.
 
 
Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova, saz ustası İlham Abdullayev, Kaykep Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının çıxışları, milli musiqimizi və rəqslərimizin ifası böyük maraq və alqışlarla qarşılanıb.
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”