"İlham Əliyevdən nümunə götürməlidilər"

14:05 21-04-2022 | icon 514 | Siyasət
"İlham Əliyevdən nümunə götürməlidilər"

Fuad Əliyev: "Yəqin ki, məmurların müxalifətin tədbirlərində iştrakına hələ zaman lazımdı"

 

Ramazan ayının başlamasından 20 gün ötür. Bu ayın əsas özəlliklərindən biri də iftar qonaqlıqlarının verilməsidir. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalardan artıq bir neçəsi indiyə qədər partiya rəhbərlərini bir araya gətirərək, iftar süfrəsi açıblar. İlk olaraq, AĞ Partiya belə bir qonaqlıq təşkil edib. Ardınca ALDP və GAP analoji addımları atıblar.

 

"Yeni müsavat" bu qonaqlıqlara hakim Yeni Azərbaycan Partiyasının da dəvət olunub-olunmaması ilə maraqlanıb.

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, bir neçə ildir iqtidar-müxalifət münasibətləri normallaşıb:

 

“Artıq  bayramlarda, xüsusi günlərdə dövlət başçısı müxalifətə təbriklərini çatdırır. Eynilə mən də öz növbəmdə təbrik edirəm. Bu artıq ənənəyə çevrilib. Amma təəssüf ki, dövlət başçısının bu addımları məmurlara və YAP nümayəndələrinə örnək olmur. Cavabsız qalan təbriklərdən, dəvətlərdən sonra təşkil etdiyimiz iftar süfrəsinə dəvətimizin yenə də cavabsız qalacağını istəmədik. Yəqin ki, bir müddət keçməlidir ki, məmurlar müxalifətin təşkil etdiyi tədbirlərdə iştrak etsinlər. Hər halda, dövlət başçısı İlham Əliyevdən bir nümunə götürməlidirlər. Siyasətdə etik davranış, siyasi mədəniyyət anlamı da var”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI