“Şuşa Zirvəsinin həm də siyasi əhəmiyyəti var”

11:15 23-04-2022 | icon 392 | Siyasət
“Şuşa Zirvəsinin həm də siyasi əhəmiyyəti var”

Rəşad Bayramov: “Şuşa artıq uzun müddətdir ki, siyasi qərarların verildiyi məkana çevrilib”

 

Bu gün Azərbaycan ictimaiyyəti dünyaya Şuşa Zirvəsindən baxır. Şuşa Zirvəsində çıxış edən Prezident İlham Əliyevin Azərbaycanın qürurverici reallıqlarını əks etdirən fikirləri, xüsusilə diqqətlə izlənir, təhlil edilir.  Bu aspektdə Prezidentin çıxışı zamanı söylədiyi - Şuşa Qurultayının çox böyük tarixi mənası var. Biz otuz il işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, Azərbaycan xalqı, dünya azərbaycanlıları üçün çox ağır sınaq dövrü olub. Bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq”-fikirləri ilə dünya azərbaycanlılarına Şuşa Zəfərinin mahiyyətini bir daha təqdim edim.

 

 

 

Versus.az xəbər verir ki, politoloq Rəşad Bayramov  bildirib ki, Dünya Azərbaycanlılarının bu və ya digər şəkildə bir yerə toplanması mühüm hadisədir, Şuşada keçirməsi isə ikiqat əlamətdardır.

 

“Ordan verilən mesajlar birlik mesajı, qələbə mesajı olacaq. Təbii ki, bundan sevinənlər də olacaq, narahat olan ayrı-ayrı  ölkələr də olacaq. Amma hər nə olmasından asılı olmayaraq, Dünya Azərbaycanlılarının toplantısı özü-özlüyündə əlamətdar hadisədir. Qurultayın bu il Şuşada keçirilməsini ancaq alqışlamaq olar. Gələn qonaqların Şuşanı öz gözləri ilə görməsi, Qarabağda erməni vəhşiliyinin şahidi olması növbəti mərhələdə bunların hər birinin öz ölkəsində də  Azərbaycan həqiqətlərini dünyaya daha real çatdırması üçün yeni imkan yaradacaq”.

 

Politoloq hesab edir ki, Şuşa artıq uzun müddətdir ki, siyasi qərarların verildiyi məkana çevrilib.  Onun fikrincə, söhbət təkcə Dünya Azərbaycanlılarının Qurultayından getmir. Belə ki, Azərbaycanda ən böyük hadisə Şuşa Bəyannaməsinin imzalanması idisə, ondan sonra da orda ayrı -ayrı beynəlxalq tədbirlər keçirilib:

 

“Şuşa rəmzi mənada bir Mədəniyyət Paytaxtıdır. Amma bu da o demək deyil ki, Mədəniyyət paytaxtı siyasi hadisələrdən kənarda dayanır. Əslində Şuşa elə xüsusi əhəmiyyətli qərarların verildiyi bir məkan kimi də qalacaq. Şuşada keçirilən Zirvədə eyni zamanda siyasi mesajların verilməsi gözlənilir və bu da təbiidir”

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Birbaşa Həmkarlar Konfederasiyasına aid olan PROBLEM

Bakı Metropolitenində dekabrın 1-dən YENİ REJİM

ABŞ-ın Azərbaycana qarşı ikili standartlarına son qoyan reallıq

“CinemaPlus”da bu tarixlərdən etibarən

Zəngilanda top mərmiləri tapıldı

Metroda yeni texniki qurğu istifadəyə veriləcək

Təhlükəsizlik Şurası TOPLANIR

İrem Dericiden azərbaycanlı müğənniyə etiraf

Türkiyəli mütəxəssisdən antibiotik xəbərdarlığı

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

“İncə sənət” adlı proqram təqdim edilib

15 yaşlı şair-publisistin yetkin aləmi

Ermənistan yük maşınları Rusiyaya buraxılmır

Rusiyada miqrantların vəziyyəti daha da çətinləşir