Şuşa Zəfəri - ən yeni tariximiz baxımından mühüm HADİSƏ

11:27 23-04-2022 | icon 479 | Siyasət
Şuşa Zəfəri - ən yeni tariximiz baxımından mühüm HADİSƏ

Turan Rzayev: “Bu tarixi reallıq Prezidentimizin düşünülmüş və qətiyyətli siyasətinin nəticəsidir”

 

“Ən yeni tariximiz Dünya Azərbaycanlılarının V Qurultayı ilə Şuşada başlayacaq! Azərbaycan növbəti tarixi hadisənin astanasındadır. Hansı ki, bu hadisəni ən yeni tariximizin başlanğıcı olaraq da adlandırmaq olar. Söhbət 22-23 aprel tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayından gedir”.

 

Versus.az xəbər verir ki, bunu  politoloq Turan Rzayev Dünya Azərbaycanlılarının V Qurultayının tarixi əhəmiyyəti və rəmzi mənasını şərh edərkən bildirib.

 

Onun fikrincə, Şuşa Zirvəsinin  azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq dövrünə təsadüf etməsi, xüsusən də Azərbaycanın mədəniyyət paytaxtı hesab olunan Şuşada keçirilməsi xüsusi önəm kəsb edir.

 

 

“Şuşa Azərbaycan üçün istər mənəvi, istərsə də mədəni baxımdan mühüm bir şəhərdir. Təsadüfi deyil ki, geridə qoyduğumuz 28 illik işğal dövründə Şuşa şəhəri qələbəyə olan inamın simvolu halına gəlmişdi. Şuşa şəhərinin işğal prosesi dövründə misli ilə artan dəyəri, simvolik mənası bu gün də özünü göstərir. Belə ki, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı həm də Zəfər Qurultayı kimi tarixə düşəcək. Heç şübhəsiz ki, bu tarixi reallıq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyinin, düşünülmüş və qətiyyətli siyasətinin nəticəsidir.

 

İkincisi, bu işğaldan azad edilən ərazilərin əsl sahibinə qayıtdığını dünya miqyasında elan etmək üçün əvəzsiz fürsətdir. Qələbəni qazanmaq hələ prosesin sonu demək deyil. Bu qələbəni dünya miqyasında tanıtmaq lazımdır. Təəssüf ki, biz öz əzəli torpaqlarımızın işğaldan azad edilməsini belə tanıtmaq məcburiyyətindəyik. Bu gün bu bizim üçün məcburiyyət olsa da gələcəkdə prosesin yenidən alovlanmaması üçün vacib bir məqamdır. Dünya Azərbaycanlılarının V Qurultayı ilə bağlı bir vacib məqam da son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşü olacaq. Bu həm də xaricdə yaşayan soydaşlarımızın, təşkilatların fəaliyyətinin koordinasiyası, milli həmrəylik və birlik ideyasının reallaşdırılması baxımından mühüm hadisə olacaq. Etiraf etmək lazımdır ki, Azərbaycan diasporu uzun illər erməni diasporu ilə rəqabətdə xeyli geridə qalırdı. Lakin son 4 ildə görülən əsaslı işlər 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurasının yaradılması, 12 ölkədə 18 Azərbaycan Evinin yaradılması kimi atılan mühüm addımlar nəticədə 44 günlük müharibə gedişində öz bəhrəsini verdi. Bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diasporu mühüm inkişaf yolu keçdi. Ölkə həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında, milli maraqların qorunması işində səmərəli fəaliyyət göstərdi. Müharibənin ən şiddətli getdiyi bir zamanda Azərbaycan Diasporu Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirmiş bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirak etmişdir. 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərmişdi. Nəticə etibarilə Dünya Azərbaycanlılarının V Qurultayının istər mədəniyyət paytaxtımız Şuşada keçirilməsi, istər sədə qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ən yeni tariximiz baxımından mühüm hadisədir”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI