MCP-dən "Dünya Azərbaycanlılarının V Qurultayı" ilə bağlı BƏYANAT

21:38 24-04-2022 | icon 387 | Siyasət
MCP-dən "Dünya Azərbaycanlılarının V Qurultayı" ilə bağlı BƏYANAT

"Tək çıxış yolu Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır"

 

Milli Cəbhə Partiyası (MCP) "Dünya Azərbaycanlılarının V Qurultayı" ilə bağlı bəyanat yayıb.

 
 
Versus.Az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidmətinin məlumat verib.
 
 
Bəyanatda bildirilir:
 
 
Milli Cəbhə Partiyası işğaldan azad olunmuş Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi əlamətdsr hadisə hesab edir.
 
 
Qurultayda 65 ölkədən 400 nəfər diaspora nümayəndəsi və xaricdə yaşayan azərbaycanlıların iştirak edərək birlik nümayiş etdirməsi bütün bədxahlara verilən ən tutarlı cavabdır.
 
 
Bu qurultay qururvericidir, şəhidlərimizin ruhunu şad edən hadisədir, bu gün şəhid ailələrinin ürəyinə bir az da olsa su səpilir, bu gün hər bir azərbaycanlı üçün əlamətdar, şərəfli bir gündür. Bəli, bu gün Şuşa azaddır və dünya azərbaycanlılarının mənəvi paytaxtıdır.
 
 
Bütün bunlara baxmayaraq Ermənistanın silahlı qüvvələri hələ də Qarabağda qalmaqda davam edir. Ordumuz qarşısında darmadağın olmuş Ermənistan hələ də ərazi bütövlüyümüzü tanımaq istəmir, Rusiya yenə də öz ampulasındadır.
 
 
Brüsseldə Azərbaycanın bütün haqqlı şərtlələrini qəbul etmiş Paşinyan bu gün nala-mıxa vurur, hər zamankı kimi cığallıq etmək istəyir, danışıqlardan geri çəkilmək mesajları verir.
 
 
Bölgəyə sülhməramlı yerləşdirən, guya sülhü qoruyan, Azərbaycanla müttəfiqlik imzalayan Rusiyanın davranışı da anlaşılan deyil. Bu gün Ukraynaya ordu yeridən Rusiya Qarabağdan da əlini çəkmək istəmir. Görünən odur ki, Rusiya onun əli, imzası, iştirakı olmayan sülhü istəmir.
 
 
Lakin nə olur olsun, sülh qaçılmazdır, sülh müqaviləsi bağlanmalıdır. Bunu ən çox da ermənilər istəməlidir. Əgər Qarabağda, Azərbaycanda yaşayan ermənilər normal həyat yaşamaq istəyirlərsə Azərbaycan vətəndaşlığını qəbul etməli, Azərbaycan qanunlarına tabe olmalıdırlar. Başqa çıxış yolu yoxdur. Azərbaycan dövləti bunu dəfələrlə bəyan edib.
 
 
Azərbaycan ilk gündən Qarabağ məsələsində qətiyyətli və sülhə çağıran tərəf olub. Bu gün də dövlətimiz bu siyasətini davam etdirir. Ermənistan istəsə də, istəməsə də, bu sülh olacaq, Azərbaycanın ərazi bütövlüyü tanınacaq, istər sülhlə, istər bir daha hərbi yolla. Dünya da bunu qəbul etməlidir. Bu gün bütün dünya azərbaycanlıları həmrəydir, birlikdədir. V qurultay da məhz bunun nəticəsidir.
 
 
Azərbaycan prezidenti Şuşadan bir daha qətiyyətli mövqeyini ortaya qoydu, Azərbaycan geri addım atmayacaq, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq və tanınacaq. Bizim də səbrimizin bir həddi var, Ermənistan bunu nəzərə almalıdır. İkinci zərbə Ermənistana daha ağır, daha baha başa gələcək. İkinci dəmir yumruğu Ermənistan qaldıra bilməyəcək.
 
 
Qarabağda Azərbaycanla Ermənistan arasında münaqişənin uzanması heç kimin xeyrinə deyil, özəlliklə Ermənistanın. Bunu hər kəs anlamalıdır.
 
 
Biz qərbdən, dünya ölkələrindən, Ermənistandan Ukraynada baş verənlərdən dərs çıxararaq Qarabağ məsələsində qətiyyətli mövqey gözləyirik. Tək çıxış yolu sülhdür, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır.
 
 
Əks halda Azərbaycan xalqı yenə dəmir yumruq kimi birləşəcək. Bunun nəticəsini isə hər kəs yaxşı bilir.
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı