"Diasporlarda şəxsi maraqlar kənara qoyulmalıdır"

09:36 25-04-2022 | icon 489 | Siyasət
"Diasporlarda şəxsi maraqlar kənara qoyulmalıdır"

Nizami Verdiyev: "Qurultaydan sonra diasporlarımız daha aktiv olmalıdır"

 

“V Qurultaydan sonra diaspor təşkilatlarımız daha da aktiv olmalıdırlar”.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Zəfər qurultayı ilə bağlı açıqlamasında bildirib.

 

 

Nizami Verdiyev qeyd edib ki, V Qurultayın bu il Şuşada keçirilməsinin siyasi əhəmiyyəti var:

 

“Şuşa mədəniyyət paytaxtı kimi tanınır. Şuşa Zəfəri və Şuşa bəyannaməsindən sonra həm də siyasi mərkəzə çevrilir. Bununla da reqionun sabitliyinə təkan verəcək. Diaspor təşkilatların fəaliyyətində həmişə narazı olmuşuq. Məlum məsələdir ki, erməni diaspor təşkilatları yüz illərdir ki, fəaliyyət göstəriblər. Bizdən fərqli olaraq Ermənistan dövlətindən dəstək almayıblar. Əksinə, Ermənistanı daimə dəstəkləyiblər. Bizim isə diaspor təşkilatların yaranması heç otuz il eləmir. Amma buna baxmayaraq onlara dövlət dəstəyi var. Bu dəstəyi səmərəli istifadə etmək lazımdır, öz şəxsi maraqları kənara qoymaq lazımdır”.

 

N.Verdiyevin sözlərinə qörə, Vətən müharibəsindən sonra diaspor təşkilatlarımız daha da aktiv olmalıdırlar:

 

“Hesab edirəm ki, V Qurultaydan sonra, diaspor təşkilatlarımız daha da aktiv olmalıdırlar. Vətən müharibəsi dövründə azərbaycanlılar həmrəyliyini bütün dünyaya göstərdilər. Müharibə bitib, amma indi informasiya müharibəsi dövrüdür. Bu informasiya müharibəsində diaspor təşkilatlarımız ön “cəbhə” xəttindədirlər və öz işlərində möhkəm olmalıdırlar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı