Eksternat imtahanları başa çatdı

16:45 08-01-2019 | icon 458 | Təhsil
Eksternat imtahanları başa çatdı

Bu gün Bakı şəhəri üzrə eksternat imtahanları başa çatıb.

 

Versus.Az xəbər verir ki, bu barədə mətbuata Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Məlumatda qeyd olunub ki, imtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsil səviyyəsini (XI) bitirə bilməyən şəxslər iştirak edib.

 

Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana 102 nəfər qatılıb. Eksternlər 2 gün ərzində hərəsində 10 sual olmaqla 11 fənn (Ana dili, ədəbiyyat, kimya, fizika, riyaziyyat, xarici dil, coğrafiya, informatika, Azərbaycan tarixi, ümumi tarix, biologiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) sınaqdan keçiblər.

 

Məqbul qiymət almış şəxslərin siyahısı baku.edu.gov.az saytında yerləşdiriləcəkdir.

 

Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

 

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin