Azərbaycan Ordusunun qarşısında duran əsas şərt -Açıqlama

16:53 25-04-2022 | icon 523 | Siyasət
Azərbaycan Ordusunun qarşısında duran əsas şərt -Açıqlama

 

“Hələ delimitasiya olunmamış sərhədlərimiz və alınmamış tarixi qisaslarımız var. Buna görə də Azərbaycan güc strukturları ciddi islahatlara getməli və hər keçən gün qüdrətini daha da artırmalıdır. Rüşvətdən, çirkabdan uzaq olan Silahlı Qüvvələrimiz millətinə güvən yeri, düşmənlərimizə göz dağı olmalıdır”.

 

 

Versus.az xəbər verir ki, bunu güclü və əqidəli Silahlı Qüvvələrimizin formalaşması prosesində atılacaq növbəti addımların nədəni ilə bağlı açıqlamasında hərbi təhlilçi, "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu  bildirib.

 

A.A.İmamqulu məsələlərə hərbin mahiyyəti və əhəmiyyəti müstəvisindən yanaşaraq,  bir çox hallarda dövlətlərin hərbi xərclərinin artırmasının iqtisadi mənada müsbət qiymətləndirilmədiyi ilə bağlı nüanslara diqqət çəkib.  Hərbi təhlilçi dövlətimizin bu istiqamətlərdə yetərincə büdcə ayırmasına da toxunub.  Onun sözlərinə görə, Azərbaycan qonşu dövlət tərəfindən işğala məruz qoyulduğu üçün hərbi istiqamətdə ciddi resurslar ayırmağa məcbur olan dövlətlər sırasındadır.

“Bir çox inkişaf etmiş dövlətlər də bu səbəbdən təhlükəsizlik məsələlərinə ayırdıqları büdcəni balanslaşdırmaq üçün müdafiə sənayelərini inkişaf etdirməyə çalışırlar.

Təbii ki, hər bir dövlət müstəqilliyinin qarant altında olmasını və maliyyə vəsaitlərinin əlavə olaraq sosial vəziyyətin yaxşılaşdırılmasına sərf olunmasını istərdi. Amma bizim kimi, geostrateji olaraq qaynar bir çoğrafiyada tarix boyunca istilalara məruz qalmış dövlətin daima güclü bir ordusunun olması əsas şərtlərdən biridir”.

 

A.A.İmamqulu bildirib ki, müdafiə sənayemizin inkişaf yolu tutması ordumuzun minimum resurslarla təmin olunması və müstəqil siyasət yürütməyimiz üçün əhəmiyyətlidir.  O, hesab edir ki,  bu, birinci növbədə yuxarıdan, aşağıya qədər cavabdeh rütbəli məmurlarımızın sözün həqiqi mənasında dövlətini, millətini sevməsi, hər cür çirkabdan uzaq durması, güc strukturlarımızın ən qısa vaxtda daha ciddi inkişaf yolu qət etməsini realaşdıra bilər.

 

“Bu, öz növbəsində Azərbaycan  Respublikasının dünyada aparıcı dövlətlərdən biri olmasınına şərait yaradacaq. Bu gün üçün hər bir vətəndaş öz işinə vətəni sevməklə, vicdanla başlamalı, öz fəaliyyətini düzgün icra etməklə addımlar atmalıdır. Əks halda dünyada mövcud olan xaosdan sarsıdıcı zərbə almış olarıq. Sözün həqiqi mənasında güclü və əqidəli Silahlı Qüvvələrimizin mövcudluğu Azərbaycan Respublikasının zəmanətidir”.(hafta.az)

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər