Polislər sərxoş kişinin qeyri-adi istəyini nəzərə aldılar
Gəncə şəhərində sərxoş sürücü maşınının oğurlandığını iddia edib.
Belə ki, şəhər sakini S.Məmmədov Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək ona məxsus QAZ-31 markalı avtomobilinin oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin yeri şəhər ərazisində müəyyən edilib.
Araşdırmalar zamanı məlum olub ki avtomobilin sahibi sərxoş olduğundan sonuncu dəfə avtomobili harada saxladığını unutduğundan qaçırıldığını zənn edərək polisə müraciət edib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"