Taxıl emalı ilə məşğul olan sahibkarlara XƏBƏRDARLIQ
Taxıl elevatorları, anbarlar və istixanalar bu ilin I rübü üçün hesabatlarını aprel ayının sonuna qədər EKTİS-də təqdim etməlidirlər.
Versus.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1117 nömrəli Fərmanı ilə 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanla təsdiq edilmiş “Elektron kənd təsərrüfatı informasiya sistemi haqqında Əsasnamə”yə dəyişiklik edilib.
Fərmana əsasən, ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) “Tədarükçü modulu”nda qeydiyyatdan keçməli, tədarük edilən məhsulları saxlamaq üçün EKTİS-də müəyyən edilən hesabat formalarına uyğun informasiyaları mütəmadi olaraq sistemə daxil etməlidirlər.
Bunun üçün EKTİS-də istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorlarının qeydiyyat və hesabatlılıq altmodulları yaradılaraq istifadəyə verilib və Dövlət Aqrar İnkişaf Mərkəzləri bu istiqamətdə subyektlərə dəstək üçün təlimatlandırılıb. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi qeydiyyat və birinci rüb hesabatlarını yekunlaşdırmayan taxıl elevatorları, anbar və istixana sahibi olan fiziki və hüquqi şəxslərin diqqətinə çatdırır ki, 2022-ci ilin birinci rübü üçün hesabatlar aprel ayının sonuna qədər EKTİS-də təqdim edilməlidir.
Qeydiyyat və hesabatların verilməsi qaydası üçün Nazirlik tərəfindən xüsusi təlimat hazırlanıb. Təlimatla bu linkə keçid etməklə tanış olmaq mümkündür.
Xəbər lenti
Mehriban Əliyevadan Zəfər Günü PAYLAŞIMI
"Uca Tanrı doğma Azərbaycanımızı daim qorusun!"