42 yaşlı musiqiçinin hamının həsəd aparacağı şəkildə inşa olunan villasının birinci mərtəbəsindən növbəti mərtəbəyə aparan iki pilləkən var.
Divarlar, döşəmələr, tavanlar, qapılar - hamısı ağ rəngdədir. Demək olar ki, hər küncdə yastıqlı divanlar və mini masalar var. Güldanlar və pərdələr də açıq çalarlardır.
Nəhəng qonaq otağı, şüşə stollu mətbəx, idman zalı, hovuz, spa... - Eminin malikanəsi sanki bahalı beşulduzlu hoteldir.
Ağalarovun villasında həmçinin lift, bilyard otağı və sauna da var.
“Mən hər zaman çoxlu uşağımın olacağını planlaşdırmışam və planlaşdırıram. Onları isə harasa yerləşdirmək lazımdır. Bütün uşaqların dayələri, evdə işləyən işçiləri var”, - deyə müğənni izah edib.
Qeyd edək ki, məşhur ifaçının dörd övladı var.