Dünyanı şoka saldıq, NÖVBƏ DİASPORLARIMIZINDIR

09:30 28-04-2022 | icon 695 | Siyasət
Dünyanı şoka saldıq, NÖVBƏ DİASPORLARIMIZINDIR

"Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin böyük tarixi əhəmiyyəti var. Bu, Azərbaycanın qələbəsinin bir daha dünyaya çatdırılması, xalq-hakimiyyət-ordu həmrəyliyi, birliyinin bariz nümunəsidir. Ölkə rəhbərinin qurultayda çıxışı, məntiqli fikir və ifadələri dünyaya mesaj kimi qəbul edilməlidir".

 

Versus.Az xəbər verir ki, bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.

 

ALDP sədri vurğulayıb ki, ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayında demişdi ki, vaxt gələcək qurultayımızı işğaldan azad olunmuş şəhərlərdə keçirəcəyik:

 

Artıq vaxt yetişdi və Azərbaycan dünyaya öz gücünü göstərdi. Bütün sahələrdə ölkəmiz uğurlara imza atıb. Bu gün dünyada yaşayan diaspora təşkilatların rəsmilərinin iştirakı ilə keçirilən möhtəşəm tədbir bu qələbənin bariz nümunəsidir. 44 günlük müharibə zamanı dünyada yaşayan soydaşlarımızın xalqla, hakimiyyətlə bir, həmrəy olması nəticəsində biz işğalçılar üzərində qələbəmizi təmin edə bildik. Dünyanı şoka saldıq. Bütün dünya azərbaycanlıları bu uğurlarımızla qürur duyurlar. Bu gün onlara da 30 ilə yaxın həsrətdə qaldıqları Şuşanı görmək nəsib oldu".

 

Fuad Əliyev onu da qeyd edib ki, bundan sonra xaricdəki disapora təşkilatları arasında daha məsuliyyətli vəzifələr durur:

 

"Daha da möhkəmlənmək, fəaliyyətimizi sürətləndirmək, genişləndirmək və informasiya mübarizəsində yeni-yeni uğurlar əldə etmək. Diaspora təşkilatlarımızın qarşısında böyük vəzifələr dayanır. Xaricdə yaşayan, işləyən, təhsil alan hər bir soydaşımız dünyaya Azərbaycan həqiqətlərini dəqiqliklə, çevikliklə çatdırmalıdır".

 

F.Əliyev qeyd edib ki, Prezident İlham Əliyev əvvəlki qurultaylardakı çıxışlarında heç vaxt işğalla barışmayacağını demişdi:

 

"44 günlük müharibədə əldə olunan qələbə nəticə oldu. Bu nəticəni qoruyub saxlamalıyıq. Erməni faşizmi təhlükəsi hələ sovuşmayıb, buna qarşı vuruşmağa hazır olmalıyıq. Ermənilərin vandalizm aktlarını dünyaya çatdırmalıyıq".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür