“Bu sülhməramlı ilə Qarabağda bir iş görə bilməyəcək”

12:31 28-04-2022 | icon 610 | Geopolitika
“Bu sülhməramlı ilə Qarabağda bir iş görə bilməyəcək”

"Cənubi Qafqazı əldən vermək istəmirlərsə, maraqlarımızı nəzərə almalıdırlar"

 

Rusiya “Dnestryanı və Moldova ssenarisini” Qarabağda təkrar edə bilərmi?

 

Xəbər verildiyi kimi aprelin 25-26-də Moldovada, Dnestryanı bölgədə baş verən partlayışlar dünya və ölkə ictimaiyyəti tərəfindən növbəti həyəcan təbili ilə qarşılanıb. Partlayışların Rusiyanın o ərazilərə müdaxilə etməsinə yönəlik bir bəhanə olduğu deyilir. Ermənistan mətbuatı yazır ki, Paşinyan Ermənistan və Qarabağdakı separatçı rejimin Təhlükəsizlik şurasının birgə toplantısını keçirmək istəyir.  Belə qeyd olunur ki, bütün bunlar Paşinyanın Rusiyaya səfərindən sonraya təsadüf edir. Dnestryanı bölgədə baş verən münaqişəli vəziyyətin Qarabağdakı vəziyyətlə oxşarlığını qeyd edən ekspertlər, Rusiyanın müdaxiləsi ilə oxşar hadisələrin bizim ərazimizdə də baş verə biləcəyini ehtimal edir. Ümumiyyətlə,  belə qeyd olunur ki, Moldovada, eləcə də  Dnestryanı bölgədə rus sülhməramlıları var və  ərazidə baş verən partlayış Kremlə yeni imkan yaradır ki, Ukraynanın qərbini də zəbt edib orda özünə yer açsın, Moldovanı özündən asılı vəiyyətə salıb, Dnestryanı bögəni də özünə birləşdirsin. 

 

Qarabağda rus sülhməramlılarının olmasını nəzərə alsaq, bu ssenarinin bizim regionda da təkrarlanması ehtimalı varmı?

 

 

 

Qabil Hüseynli: “Rusiya bu bölgədə aranı qarışdırmağa cəhd etsə..."

 

Politoloq Qabil Hüseynli bildirib ki, Rusiya Dnestryanı ərazilərdə və Moldovada heç bir şey edə bilməyəcək:

 

“Rusiyanın qəlbindən çox  arzular keçə bilər, amma heç nəyə nail ola bilməyəcək. Qarşıda Rusiyanın əleyhinə birləşmiş 40 dövlət var və həmin dövlətlər ona burada meydan sulamasına imkan verməyəcək. Rusiyanın imkanları tükənir. Eləcə də Rusiya sülhməramlı bəhanəsi ilə Qarabağda da bir iş görə bilməyəcək. Qarşıda güclü Azərbaycan Ordusu var,  gücülü qardaş Türkiyənin ordusu var. Rusiya bu bölgədə aranı qarışdırmağa cəhd etsə, bu, özünü intihara bərabər olacaq. Ona görə də ermənilərin hansı sərsəmləmələr etməsinə baxmayaraq, Azərbaycana qarşı bu hadisələr baş verməyəcək”.

 

Politoloq hesab edir ki, ortaya çıxan bütün problemlər tamamilə Rusiyanın özü, daxilindəki proseslərlə bağlıdır. Onun sözlərinə görə, Rusiyada elə proseslər baş verəcək ki, onların Qarabağda düşündüyü  ssenarilərin heç biri həyata keçməyəcək.

 

Q.Hüseynli bu gün Azərbaycan Rusiyadan, eləcə də Ermənistandan üçtərəfli sazişə əməl olunmasını gözləyir. Eləcə də Paşinyan Brüsseldə Sülh müqaviləsinin imzalanması ilə bağlı öhtəlikləri yerinə yetirməsi ilə bağlı razılaşmalara əməl etməyə məcburdur:

 

“Rusiyanın Qarabağda əbədi qalmaq üçün yollar axtardığı, lazım gələrsə təxribatlara əl ata biləcəyini heç kəs inkar etmir. Amma bu gün vəziyyət heç də Rusiyanın xeyrinə deyil və bu dövlət Azərbaycanla münasibətlərini korlamaq üçün belə səhvlərə yol verməz. Rusiya sühməramlılarını qorumaq istəyirsə buyurub ərazidən çıxara bilər. Yox əgər Qarabağda sülhməramlıların olduğu yerlərdə hər hansı partlayışlar törətmə ssenarisini təkrar edərsə, bu da Rusiyaya hər hansı bir formada müdaxilə etməsinə imkan verməyəcək. Ən azı Rusiya üçtərəfli sazişə uyğun olaraq ö öhtəliyini yerinə yetirməli və erməni silahlı birləşmələrini Qarabağdan çıxartmalıdır. Əgər Rusiya bunu etməyəcəksə, Prezidentin də dediyi kimi Dəmir Yumruq yerindədir!”

 

O ki, qaldı Paşinyanın Moskva səfərindən sonra  sərsəm davranışlarına və çıxışlara və guya Qarabağdakı separatçı regimin tahlükəszilik şurasının toplantısını keçirməsi iddialarına, politoloq bunu da absurd adlandırdı:

 

“Biz erməni separatçılarının, Paşinyanın bu cür çıxışlarını çox eşitmişik. Paşinyan sonunda sülh müqaviləsinə imza atmalıdır. Artıq danışıqlar prosesi buna doğru gedir. Heç şübhəsiz ki, ermənilərin havadarları, separatçılar öz məqsədlərini gerçəkləşdirmək üçün istənilən təxribata gedirlər. Erməni silahlıları ərazilərimizdən çıxarılmayana qədər və sərhədlərdə Azərbaycan qoşunları sülhməramlılarla bir yerdə Laçın dəhlizində durub təhlükəsizliyi tam bərpa etməyənə qədər belə cəfəng fikirlər səslənəcək. Ermənilərin, separatçı rejimin Azərbaycan daxilində məkirli iddialarına baxmayaraq, ölkə rəhəbrimiz onlara son şans verdiyini bir daha Şuşadan bəyan etdi. Nəhayət, sülhə gələcəklərsə, Qanunlarımıza tabe olacaqlarsa, qalıb yaşayacaqlar, əks halda rədd olub gedəcəklər. Heç bir halda Rusiya Qarabağı Dnestryanı və Moldova “ssenarisi” ilə idarə etməyə qalxa bilməz”. 

 

 

Zaur Məmmədov: “Azərbaycan onlar üçün asan həzm olunan beynəlxalq subyekt deyil”

 

Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov Versus.az-a şərhində bildirib ki,  Qarabağın Moldova və Dnestryanı bölgələrlə müqayisə olunması düzgün deyil. Onun fikrincə, rəsmi Bakı Moldova, Ukrayna, hətta Gürcüstandan fərqli olaraq əvvəldən xarici siyasət davranışında regionda güc sahibi olan mühüm geosiyasi oyunçuların maraqlarının uzlaşdırılması istiqamətində mühüm addımlar atıb:

 

“Nəticə  etibarilə bir gördük ki, 44 günlük müharibədə coğrafi cəhətdən dünyada ilk dəfə olaraq kiçik bir dövlət II dünya müharibəsindən sonra müharibəyə başladı və öz məqsədlərinə çatdı. Moldovada, Dnestryanı bölgələrdə baş verən hadisələrə gəldikdə isə etiraf edilməlidir ki, hökumətin Qaqauziya və Dnestryanı ərazilərə təsir imkanları o qədər də böyük deyil və vaxtilə həm Moldova, həm  Gürcüstan 1990-cı illərin əvvəllərində sülhməramlılara rəsmi olaraq mandat verdilər, hətta Mehri tərəfdə rus sülhməramlılarının yerləşməsi tanındı. Nəticə etibarı ilə 1999-cu ildə İstanbul Zirvə görüşündə, Rusiya Gürcüstandakı sülhməramlıları çıxarmağa öhtəlik götürsə də, bu icra edilmədi və sonrakı hadisələr hər kəsə məlumdur. Gürcüstanın “çıx” istəklərinə baxmayaraq, sülhməramlıların orda qaldığını və sonradan Cənubi Osetiya və Abxaziya ilə bağlı məlum hadisələri hər kəs bilir”.

 

Bu məsələlərin Azərbaycanla əlaqələndirilməsinə gəldikdə, Z.Məmmədov bunu müqayisə olunmaz faktorlar kimi önə çəkib. Onun sözlərinə görə, Qarabağ Azərbaycanın nəzarətindədir və Rusiya sühməramlıların nəzarətində olan ərazilərdə nələr baş verdiyini rəsmi Bakı çox yaxından izləyir:

 

“Digər bir tərəfdən, orada olan sülhməramlıların əslində heç bir hüquqi bazası yoxdur. Nə Azərbaycan Parlamenti, nə də BMT rus sülhməramlılarına Cənubi Qafqazda hüquqi mandat verməyib. Bu isə bizə imkan verir ki, üçtərəfli sənədə uyğun olaraq vacib addımları ataq”. 

 

Politoloq bildirib ki, o, hazırda hadisələrin bəzi ekspertlərin dediyi kimi cərəyan etdiyini düşünmür. Onun fikrincə, Nikol Paşinyanın Qarabağdakı separatçılarla, Ermənistan hökuməti üzvlərinin birgə təhlükəsizlik şurasının iclasını çağırması Azərbaycan-Ermənistan arasındakı son zamanlar mühüm anlaşmalar və sülh müqaviləsinin müzakirə edilməsi ilə bağlıdır:

 

“Məsələ burasındadır ki, Azərbaycan -Ermənistan xarici işlər nazirləri, eyni zamanda liderləri arasında olan görüşlərdə müzakirə edilən mühüm müddüəlar və əldə edilmiş qərarlar separatçılara Paşinyan tərəfindən deyilməlidir ki, reallığın nədən ibarət olduğunu anlasınlar. Qarabağın dağlıq hissəsində qalan separatçılar bəzən çox absurd və sərsəm bəyanatlar verirlər. Düşünürəm ki, bu toplantı da Bakı və Yerevan arasında məhz danışıqlarda əldə edilmiş bəzi razılıqlarla bağlı fikir mübadiləsi ilə bağlı olacaq”.

 

Politoloq hesab edir ki, regionda çox ciddi hadisələr baş verir. Onun sözlərinə görə, ABŞ, Avropa İttifaqı, Rusiya arasında ciddi şəkildə regionla bağlı mübarizə var. O qüvvələr başa düşməlidirlər ki, Cənubi Qafqazı əldən vermək istəmirlərsə, rəsmi Bakının maraqlarını nəzərə almalıdırlar. Azərbaycan nə Rusiya, Nə Avropa İttifaqı, Nə də ABŞ üçün asan həzm olunan bir beynəlxalq subyekt deyil. Əksinə 30 il müdət  göstərdi ki, əgər kimsə Bakının maraqlarını nəzərə almasa itirmiş tərəf olacaq və zö məqsədlərinə çatmayacaq”. /hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı