"Onun bir qulağı Qərbin, bir qulağı da Şimalın əlindədir"

12:42 28-04-2022 | icon 388 | Siyasət
"Onun bir qulağı Qərbin, bir qulağı da Şimalın əlindədir"

 Elman Məmmədov: “Xankəndi ermənisinin Milli Məclisə seçilməsi məsələsi yanlışdır, səhvdir”

 

Brüssel görüşündən sonra Ermənistanın sülhə gələcəyi Rusiyada suya düşdü. Brüsseldə Sülh müqaviləsinin imzalanmasına yönəlik müsbət notlar siyasi-ictimai müzakirələrdə yer alsa da, hələ də ərazilərimizdə qalan erməni silahlıları Qarabağda müstəqillikdən danışır, statusdan danışır və üçtərəfli sazişin əsas müddüəlarının icrası ilə bağlı vasitəçi Rusiyanın sülhməramlıları tərəfindən heç bir hərəkətlilik görünmür. Paşinyanın Rusiya səfərindən sonra  Ermənistanın Brüssel danışıqlarının üstündən açıq şəkildə xətt çəkdiyi, öhtəsinə düşən ötəlikləri yerinə yetirməkdən yayındığı bir daha meydana çıxır.

 

Versus.az xəbər verir ki, Milli Məclisin depitatı Elman Məmmədov müsahibəsində son durumla bağlı mübahisəli məqamlara aydınlıq gətirib.

 

- Elman müəllim, regionda sülh müqaviləsinin bağlanması istiqamətində Ermənistanın fikrini dəyişən və revanşist iddialarından əl çəkməməyə sövq edən səbəblər nədir. Əksinə, hansısa güclər Azərbaycanda ermənilərin yaşaması üçün münbit şəraitin yaradılması ilə bağlı ölkəmizdən təminat istəyir və ermənilərə etimad mühitinin yaradılmasından danışılır. Silahı yerə qoymayan ermənilər Azərbaycanda sülh şəraitində birgə yaşayışa necə hazırlaşır?

 

Brüssel görüşündə səslənən fikirlər, verilən bəyanatlar ümidverici idi. Ancaq Paşinyanın Moskva səfəri və orda Rusiya prezidenti ilə pərdəarxası görüşləri və çox güman ki, orda verilən tapşırıqlardan sonra vəziyyət tamamilə dəyişdi və Paşinyan yenidən sərsəm bəyanatlar verməyə başladı. Ermənistanın başçısı, separatçı çıxışlar edərək, ““Arsax” dövləti, onun müqəddəratı, onun statusu, artsax dövləti ilə razılaşmadan heç bir sənəd imzalamayacağıq” və sair bu cür sərsəm fikirlər səsləndirirlər.  Bütün bunlar göstərir ki, bizim tarixi torpaqlarımızda yaradılmış bu qondarma dövlət öz müstəqil siyasətinə, sözünə, qərarına malik olmayıb, bu gün o iqtidara malik deyil. Bəla burasındadır ki, bu dövlət bir xarici mərkəzdən idarə olunmur. Bir mərkəz Qərbdir - Avropa və ABŞ, ikinci mühüm mərkəz şimal qonşumuz Rusiya dövlətidir. Bu da təsadüfi bir məsələ deyil. Çünki özlərini millət adlandıran bu toplumu dünyanın müxtəlif yerlərindən bizim tarixi torpaqlarımızda yerləşdirib bunlara dövlət yaradan və həmişə bunları müdafiə edən dövlətlər, qüvvələr bu gün də həmin iddialardadır. Bu gün də öz yaramaz işlərini davam etdirirlər. bu gün Paşinyan kimi baş nazirin bir qulağı Qərbin əlindədir, bir qulağı da Şimalın əlindədir. Hansı bir az tez tərpənib bərk çəksə bu o tərəfə meyllənir. Axırıncı dəfə Putin Paşinyanın qulağını necə çəkibsə, qulağını doldurubsa çox ümidlə geri qayıdıb və artıq başqa fikirlər səsləndirir, sərsəmləyir.

Artıq bizim başqa çıxış yolumuz qalmır.  Cənab Prezidentimiz Dünya Azərbaycanlılarının 5-ci qurultayında-Şuşa şəhərində bunlara çox ciddi mesaj verdi.  "Bu ermənilərin son şanslarıdır"- deyib fikir səsləndirdi ki, əks təqdirdə biz də öz tədbirimizi görəcəyik. Biz də Ermənistan deyilən dövlətin ərazi bütövlüyünü tanımayacağıq və tarixi torpaqlarımıza iddia eliyəcəyik. İndi söhbət ermənilərin nazı ilə oynamaqdan getmir.  Dəmir Yumruq yenə də qüvvədədir.  Azərbaycan ərazilərini separatçılardan, cinayətkarlardan, terrorçulardan, qeyri-qanuni silahlı birləşmələrdən təmizləmək üçün hərəkətə keçməlidir, keçəcəkdir. Ərazilərimiz bu zir-zibildən təmizlənməlidir.

 

Təbii ki, burda sülhməramlılıq missiyasını öhtəsinə götürən Rusiya dövlətinin xoşagəlməz mövqeyi qabarıq şəkildə özünü biruzə verir. Onun ərazimizdə yerləşdirdiyi, adını sülhməramlı qoyduğu ancaq heç bir beynəlxalq qurum tərəfindən onlara mandat verilməyib.  Elə onların öz dilində desək, “samazvanes” sülhməramlılarıdır. Həqiqtədə isə Rusiya dövlətinin oyunlarıdır. Rusiya özünün bu bölgədəki mövqelərini zəiflətməmək, nüfuzunu və bu bölgədə təsir dairəsini qüvvədə saxlamaq üçün bu münaqişənin sönməsinə imkan vermir və verməyəcəkdir də. Eyni zamanda Qərbin bu bölgədə təsirini zəiflətmək Qərbin bu bölgədə söz sahibi olmasına mane olmaq onun qarşıda qoyduğu vəzifələrdən biridir. Belə görünür ki, Rusiya dövləti hətta bu ilin 22 fevralda bizimlə imzaladığı Müttəfiqlik Haqqında sazişdən bir az da üstün sazişi bu dəfə Ermənistanla bağladı. Ermənilərə nə cür şirin vədlər veribsə Paşinyan Moskvadan gələndən qudurmuş itə dönüb ağızlarına gələni danşır, istədikləri hərəkəti edirlər. Bu da Rusiyanın fitfasından başqa bir şey deyil.   

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli sazişdə 4-cü və başqa bəndlərdə göstərilirdi ki, özünü sülhməramlı adlandıran  Rusiya hərbi kontingenti Azərbaycan ərazisinə daxil olduğu gündən bütün qeyri-qanuni erməni silahlı birləşmələlərini həmin ərazilərdən çıxartmalı idi.  Amma bu bəndi həyata keçirmək üçün bu işlə məşğul oldumu, xeyir. Əvəzində həmin silahlı birləşmələrin, separatçı quldurların, cinayətkarların orda daha da möhkəmlənməsinə şərait yaratmağa, onların təminatı, təhcizatı, ordakı cinayətkarların müdafiəsi ilə məşğul olmağa başladı. Və ordan çıxıb qaçmış erməniləri geri qaytarıb onlara evlər, məktəblər, xəstəxana, bağça və sair tikintilər aparmaqla məşğul oldu.  Bu əvvəldən də ona işarə idi ki, Rusiya bu münaqişənin sönməsinə deyil, münaqişənin daim bölgədə qalması üçün çalışır.

 

- Uzun illər öz torpaqlarımızda qaçqın, köçkün kimi yaşayan Azərbaycan əhalisinin bu gün öz yurdlarına -Xocalıya, Xankəndinə və digər ərazilərimizə qaytarılması öhtəliyi, digər əsas məsələlər həllini tapmamış artıq maraqlı qruplar Azərbaycan parlamentində Xankəndindəki ermənilərin təmsilçisi kimi erməni deputatının olub-olmamasının mümkünlüyü sualını önə çıxarıb. Bu nə vaxt reallasa bilər və nə dərəcədə doğrudur?

 

 - Xankəndi ermənisinin Milli Məclisə deputat seçilməsi ilə  bağlı mövzunun ortaya qoyulması yanlışdır, səhvdir. İndi mən həmin bu fikirdə olanlara sual verirəm: Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bu tarixi torpaqların əsl sahibi olan azərbaycanlılardan bir nəfəri də olsun bu gün Ermənistanda yaşayır, xeyir, yaşamır. Bu gün Ermənistanda azərbaycanlı yaşamırsa, niyə o zaman Azərbaycan torpaqlarında hansısa bir erməni yaşamalıdır və hətta parlamentində də təmsil olunmalıdır. Bunlar indiki zamanda xoşagəlməz, absurd, qəbulolunmaz fikirlərdir. Düzdür, cənab Prezidentimiz də həmişə bəyan edib ki, Qarabağda 1988-ci ilə qədər yaşamış erməniləri çıxartmırıq, qalıb yaşaya bilərlər. Bu bizim dövlət siyasətimizdir, deyirik. Ancaq mən bir vətəndaş kimi mövqeyimi bildirirəm ki, o vaxt bir neçə dəfə bizi deportasiya etməsəydilər, bəlkə bu gün Ermənistan deyilən dövlətdə bir neçə milyon azərbaycanlı yaşayardı. Bu gün orda bir nəfər də olsa azərbaycanlı yaşamırsa, Azərbaycanda niyə erməni qalıb yaşamalıdır, hətta parlamentdə oturmalıdır.  Erməniər düşmənçilikərindən əl çəkmir. Yaşadıqları müddətdədə o problemi yaradacaqlar.

 

Elman müəllim, əgər bu mövzu Avropanın, Qərbin “qarşılıqlı etimad tədbirləri çərçivəsində” reallasa biləcəyi ehtimalı əsasında düşünülürsə, o zaman həmin xarici qurumlar bu etimad mühitinin necə yaranacağını, rus sülhməramlıları, yaxud separatci rejimin buna nə dərəcədə imkan yaradacağını düşünürlərmi və yaxud bu məsələdə ikilistandartlar varmı?

 

- İndi biz “avropalı”, “Avropa demokratiyası” çox deyirik. Avropanı götürüb bütövlükdə onun tarixinə baxanda nə oxuyuruq orda.  Yəni Amerika qitəsini də, Afrikanı da, Asiyanı da vaxtilə işğal edib müstəmləkəyə çevirən, dünyanın müxtəlif yerlərində soyqırımlar törədənlər avropalılar deyildimi? İndi Bayden dedi ki, türklər ermənilərə qarşı soyqırım törədiblər. Baydendən də avropalıdır. Bunun dədəsi, babası Amerikanın yerli əhalisinə qarşı soyqırım törətdilər. Soyqırım faktlarını bunlar tarixə yazıblar. Yəni Avropanın dedikləri bizim üçün etalon deyil, bizim üçün məcburi bir icra mexanzmi deyil. Bizim öz qanunlarımız var.  Və 30 il ərzində bu ərazilərimiz erməni işğalı altında olubsa biz orda hansı abidəni dağıda bilərdik.  Bəs bizim dağıdılmış məscidlərimiz, müqəddəs yerlərimiz, qəbiristanlıqlarımız, tarixi abidələrimizi kim dağıdıb. Qoy avropalı yaxşı baxsın və qiymət versin.

Əgər reallığı, tarixi faktları olduğu kimi qəbul edib, başa düşmək istyəmirlərsə bu öz problemləridir. Onları qandırmaq üçün daha da çox dəridən-qabıqdan çıxmalı deyilik. Biz öz tədbirlərimizi görməliyik.

 

- Hətta bir Xankəndində yaşayan erməninin Azərbaycan parlamentində də təmsilçiliyi məsələsi qarşılıqlı etimad müstəvisində tələb olunursa, belə bir mühit nə zaman reallaşa bilər. Sizcə Rusiya, separatçı rejim buna nə dərəcədə imkan verə bilər?

 

- Hesab edirəm ki, bu qarşılıqlı etimad heç vaxt yaranmayacaq. Çünki ermənilərin Azərbaycana, türkə qarşı düşmənçiliklə yoğrulan irsi xəstəliyi var.  Bu xəstəliyə düçar olanlarla heç vaxt qarşılıqlı etimad mühitindən danışmaq olmaz. Bu yaxınlarda gördünüz, necə Yerevanın mərkəzində Türkiyə Azərbaycan bayraqlarını necə yandırdılar. Hansı şüarlar səsləndirildi. Belə olan halda hansı qarşılıqlı etimaddan danışmaq olar.  Belə fikirləşənlər bizi bilirsiz nəyə döndərirlər: deyir, elə mən səni sevəcəm, sən sevməsən də… belə olmur axı, sevgi, etimad da qarşılıqlı olmalıdır. Biz sülh, barış istəyirik və bunu elan edib, Ermənistanı sülh sazişini bağlamağa dəvət edirik. Amma görün qarşı tərəf səninlə sülhə, barışa gəlirmi, öz işğalçı mövqeyindən əl çəkirmi, xeyir.

 

- Qeyd etdiniz, ABŞ prezidenti Co Bayden ermənilərin soyqırıma məruz qoyulduğunu dilə gətirdi…Bu, nəyin göstəricisidir?

 

- Əvvəla erməni soyqırımı olmayıb.  Ermənilər Türkiyədə, Anadoluda və Cənubi Qafqazda Azərbaycanlılara, türklərə qarşı soyqırımlar törədiblər. Ermənilərə qarşı olan soyqırım məsələsini də siyasət dəllalları, həmin o ermənilərə havadarlıq edən xarici dövlətlər özlərinin işinə yarıyan bir alət kimi yaradıblar və istifadə edirlər. Soyqırım faktını görüb, soyqırımı tanımaq istəyirlərsə Xocalı soyqırımı ilə tanış olsunlar. Xocalıda soyqırımına məruz qalan xocalılar hələ sağdır, yaşayırıq.  Btün sənədlər var, şahidlər var. Ancaq dünya “o kitab-dəftərdə” yazılan kimi haqq-ədalətlə, beynəlxalq hüquqla və qayda- qanunlarla idarə olunmur.  Dünya riyakarlıqla, saxtakarlıqla, qeyri-səmimiliklə, ədalətsizliklə və güc-zorla idarə olunur. Bunun bariz nümaunəsini bu gün Rusiya-Ukrayna müharibəsində görürük. Və bütün başqa məsələlərə də bu prozmadan yanaşılır. /"Həftə içi"/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI