Rusiya Ukrayna torpaqları hesabına “respublika”nın ərazisini genişlədə bilər

 

13:23 28-04-2022 | icon 606 | Dünya
Rusiya Ukrayna torpaqları hesabına “respublika”nın ərazisini genişlədə bilər
 

 

 

 

Rusiya-Ukrayna müharibəsi Moldova ərazisinə də sıçrayıb. Xəbər verildiyi kimi, Moldovanın Dnestryanı bölgəsində separatçı respublikanın paytaxtı Tiraspol şəhərində, "dövlət təhlükəsizlik nazirliyi"nin binası yaxınlığında partlayış baş verib. Binaya qumbaraatanlardan atəş açıldığı deyilir. Hadisə sonrasında Moldova Prezidenti Maya Sandu Dnestryanıda baş verən hadisələrlə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırıb. Rusiya silahlı bölmələri isə tanınmamış Dnestryanıda tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Dnestryanıdakı partlayışların pərdəarxasında nə dayanır?

 

 

Versus.az xəbər verir ki, politoloq Turan Rzayev şərhində bildirib ki, hadisənin kim tərəfindən tördildiyi hələlik bəlli olmasa da, Rusiyanın təxribatının olması mümkündür.  Onun fikrincə, Rusiya ərazisində son günlər baş verən partlayışların fonunda Dnestryanıda ard-arda partlayışların baş verməsi təsadüfi ola bilməz.

 

“Bir müddət əvvəl Ukrayna ilə sərhəddə yerləşən Belqoroddakı neft emalı zavodu vuruldu. Rəsmi Kiyev hadisəni təkzib etsə də, Rusiya Belqorod neft emalı zavoduna Ukraynaya məxsus iki helikopterin hücum etdiyini bildirdi.

 

Hadisənin Ukrayna tərəfindən törədilməsi real versiyadır, çünki daha sonra Bryanskda neft zavodlarının vurulması, Tverdəki Rusiya Hava-Kosmik Müdafiə Qoşunlarının Elmi-Tədqiqat İnstitutunda yanğının baş verməsi, Rusiyadakı meşə yanğınlarının baş verməsi kimi hadisələr də baş verdi. Bu Qərbin dəstəyi ilə rəsmi Kiyevin Rusiya daxilindəki obyektlərə hücumlar etdiyini təsdiqləyir”.

 

Politoloq bildirib ki, Kreml baş verənləri öz lehinə çevirmək istəyir. Politoloq hesab edir ki, Rusiya-Ukrayna müharibəsində Kremlin əsas hədəflərindən biri məhz Kiyevin qara dəniz bağlantılarını kəsməkdir və buna böyük ölçüdə də nail olub. Lakin Rusiyanın bu planı Odessa şəhəri ələ keçirilmədən tamamlana bilməz.

 

“Hesab edirəm ki, Rusiya indiki məqamda məhz Odessanı işğal etmək üçün Dnestryanı separatçılarını müharibəyə cəlb etmək istəyir. Dnestryanının qondarma “təhlükəsizlik xidməti” binasının yaxınlığında baş verən partlayış, daha sonra məhz rus radiodalğalarını yayan iki antenanın məhv edilməsi, ardınca isə hərbi hissədə partlayış Kremli məqsədinə böyük ölçüdə yaxınlaşdırmış oldu”.

 

Politoloq hesab edir ki, Dnesteryanı separatçılarının muharibəyə qoşulması bir neçə aspektdən önəmlidir:

 

“Birincisi, yuxarda qeyd etdiyim kimi, Dnesteryanı separatçıların müharibəyə qoşulması Rusiyanın Ukraynanın Qara dəniz sahillərini, xüsusilə də Odessanı ələ keçirməsini tezləşdirə bilər. Şimaldan  başlanacaq quru hücumuna Kreml dənizdən dəstək verəcək. Odessanın işğal edilməsi isə Ukraynaya Aralıq dənizindən gələcək yardımların kəsilməsi deməkdir.

 

İkincisi, Kreml Dnestryanı separatçılarını prosesə qoşaraq həm də Ukraynada yeni işğal planlarını reallaşdırmaq istəyir. Məsələ ondadır ki, Rusiya Prezidenti Vladimir Putin çıxışlarının birində qeyd etmişdi ki, Ukraynanın hazırkı bir çox əraziləri məhz SSRİ dövründə ona bağışlanıb”.

 

Politoloq prinsip etibarilə bu doğru hesab edib.

“Misal üçün ötən əsrin 30-cu illərində Rumıniyaya məxsus tarixi Besarabya torpaqları SSRİ tərəfindən ilhaq edilərək daha sonra Ukraynaya birləşdirlib. Bu gün tarixi Besarabya torpaqlarının yarısı Moldovaya, yarısı isə Ukraynaya məxsudur. Mümkündür ki, Kreml Dnestryanı separatçılarının müharibəyə qoşulması qarşılığında onlara vaxtilə Ukraynaya verilən Besarabya torpaqlarını vəd edib.

Dnestryanı hər nə qədər separatçı respublika olsa da beynəlxalq hüquqa görə, Moldovanın ərazisidir. Bu mənada baş verən partlayışlar həm də rəsmi Kişinyova son xəbərdarlıqdır. Məsələ ondadır ki, Moldovanın qərb meyilli xanım prezidenti Maya Sandu Ukraynaya bir çox sahədə dəstək verir. Xüsusilə ABŞ-dan gələn silahları Moldova ərazisindən keçməsinə şərait yaradır. Kreml isə Moldovanın Ukrayna müharibəsində ən azından neytral qalmasını istəyir. Əks təqdirdə Ukraynadan sonra deyil, elə Ukrayna müharibəsi gedişində Kişinyov Kremlin qəzəbinə tuş gələ bilər”.

 

Ləman

versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol