Arktikada nadir təbiət hadisəsi

06:24 29-04-2022 | icon 556 | Maraqlı
Arktikada nadir təbiət hadisəsi

Atom buzqıran gəmisinin kapitanı Andrey Tenitski Arktikada nadir təbiət hadisəsini - Günəş halosunu lentə alıb. Bu hadisənin əks olunduğu video “Vkontakte” sosial şəbəkəsi və “Atomflot” Federal Dövlət Unitar Müəssisəsinin qrupunda yayımlanıb.

 

Kadrlarda Şimal Buzlu okeanının üzərində rəngarəng işıq diski ilə çevrələnmiş Günəş ecazkar bir görüntü yaradır. Videonun müəllifi bunu həmin an buz örtüyü ilə əhatə olunmuş atom gəmisinin göyərtəsindən lentə alıb. Gəminin okeandakı dəqiq koordinatları barədə isə məlumat verilmir.

 

Oxşar hadisə əvvəllər Yamal sakini tərəfindən də lentə alınmışdı. Nadımdan 20 kilometr aralıda optik illüziyaların əks olunduğu kadrları lentə almağa nail olmuşdu. Murmanskda da qeyri-adi atmosfer hadisəsini - qütb stratosfer buludlarını qeydə almaq mümkün olub. Onlar 20 kilometrdən çox yüksəklikdə ozonun aşağı konsentrasiyasında və aşağı temperaturda əmələ gəlir. /Lenta.ru/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür