Ürək xəstəliklərindən qorunmaq üçün nə etməli?

18:26 08-01-2019 | icon 144 | Sağlamlıq
Ürək xəstəliklərindən qorunmaq üçün nə etməli?

 

Ürək xəstəliklərindən uzaq olmaq üçün əsas prinsip sağlam və düzgün qidalanma üsuludur. Onun əsas prinsipi heyvani yağlardan imtina, mümkün olduğu qədər xörəkləri zeytun yağıyla hazırlamaq, rasionda qoyun ətini azaltmaq, xolesterinlə zəngin qidalardan uzaq olmaqdan ibarətdir. Ürəyində problemi olanlar əsasən balıq və toyuq əti, həftədə bir-iki dəfə yağsız mal əti və meyvə-tərəvəzlərlə qidalanmalıdırlar.

Versus.Az bildirir ki, bu sözləri Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova Azərtac-a deyib. O, xəstəliyin profilaktikası barədə bunları söyləyib:

"Hər gün azı 45 dəqiqə idman etmək lazımdır. Əslində bu, ən az həddir. Daha yaxşı olar ki, nə qədər vaxt varsa, bir-iki saat idman edilsin. Əgər hər gün vaxt yoxdursa, ən azı 5 gün, gün ərzində yarım saat idman edilməlidir. İdmanı nə vaxt etmək barədə xüsusi qayda olmasa da, səhərlər idman etmək məsləhət görülmür, çünki əsas etibarilə ürək problemləri və ani hipertonik krizlər səhər saatlarında olur. Axşam yeməyindən 2 saat əvvəl, diabet xəstələrinə axşam yeməyindən 2 saat sonra idman etmək tövsiyə olunur.

Piyada gəzmək çox faydalıdır, amma aktiv sürətlə gəzmək məsləhətdir. Qaçaraq deyil, iri addımlarla addımlamaq daha faydalıdır. Hərəkət zamanı döş sümüyü arxasında ağrıları olmayan və 45 yaşından aşağı olanlar müəyyən qədər idman edə bilərlər.

 

Hərəkət zamanı döş sümüyü arxasında ağrıları, sıxılma hissi olan və ümumiyyətlə 45 yaşdan yuxarı olanlar idman etməyə başlamazdan əvvəl mütləq həkim müayinəsindən keçməlidirlər. Çünki ürək damarlarında problemi olanlar idman edərkən infarkt və ya ani ölüm keçirə bilərlər. Bunu mütləq nəzərə almaq lazımdır".

Həkim-kardioloq qidalanma barədə də xəbərdarlıq edib: "Yemək zamanı duzun miqdarını bilmək çox vacib məsələdir. Duza olan gündəlik tələbat 6 qramdır və onun bir hissəsi çörəklə qəbul edilir. Çox çörək yedikdə qəbul edilən duzun miqdarı da artır. Eyni zamanda konserv və bütün hazır yeməklərin tərkibində duz var. Ona görə də ilk növbədə, duzu qidadan çıxarmağa çalışmaq lazımdır. Qan təzyiqi varsa duz qəbulunu daha da azaltmaq, gün ərzində 2-3 qram qəbul etmək məsləhətdir. Çoxlu duz qəbul etmək qan təzyiqinin yüksəlməsinə səbəb olan ən başlıca amillərdəndir".

 

Versus.Az

Xəbər lenti

Ötən dərs ilində 4 mindən çox şagird sinifdə saxlanılıb

"Əgər həmin uşaqlar üçün ayrı proqram hazırlanıb onu müsbətə doğru dəyişəcəksə, bu, onda başqa məsələ olar"

Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

"Müəllimlər şagirdlərin beynini lazımsız məzmunla doldurmağa çalışırlar"

"Valideynləri məktəblərə cəlb etmək çətinləşib"

Məktəbəhazırlıq təhsilin çox əhəmiyyətli hissəsidir

BANM tələbələri dünyanın nüfuzlu neft-qaz yarışında Azərbaycanı təmsil ediblər

AQTA axta spirtli içkilər hazırlayan mütəşəkkil dəstəni ifşa etdi

İşğal altındakı irsimiz yox edilir: Nə etməli?

BSU-nun tələbələri esse müsabiqəsinin qalibi olublar - Foto

Fuad Əliyev Avropa İttifaqının nümayəndəsi ilə görüşdü

Məktəblərə summativlərlə bağlı tapşırıqlar verildi

TƏKLİF: Qarabağ icmasına maliyyə dəstəyi vermək üçün fond yaradılsın

"Məni telekanalların veriliş siyasəti çox narahat edir"

“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/

"Sanki bir alovsan”

İbtidai iş metodikası heç bir halda 5 yaşlılar üçün tətbiq edilməməlidir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Youtube”un CEO-su Fuada məktub göndərdi

XALQ MÜXALİFƏTİ BAYKOT EDİR

Payız əhval-ruhiyyəli piyada keçidi

"Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda tədbir keçiriləcək

“Hərdən yumruğunu stola elə çırpmalısan ki, masa ətrafında oturanlar səksənsin”

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

Ailə bugün dünənki formatla yürüməz

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!

Bu xəstəliklə bağlı müayinədən keçməyə utanan, yaxud qorxanlar var

Döyüş xatirələrində yaşanan həqiqətlər

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

“...Hər hansı patologiyadan şübhələnsək, müəyyən analizlər tələb edirik”

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

İGID TEYMURLU yazır: 713-cü hərbi hissəyə gələn yol

Füzuli Alməmmədovun Soyuqbulaq xatirələrindən