Tofiq Quliyev – 105
Heydər Əliyev Sarayında Azərbaycan Respublkası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sarayın “Əbədiyaşarlar” layihəsi çərçivəsində görkəmli bəstəkar Tofiq Quliyevin 105-ci ildönümünə həsr olunmuş “Bizi yaşadan nəğmələr” adlı konsert baş tutdu.
Versus.Az xəbər verir ki, Azərbaycan SSR xalq artisti Tofiq Quliyev dünya miqyasında tanınmış bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi, Azərbaycan caz və estrada musiqisinin banilərindən biridir. 83 il ömür sürən bəstəkar 73 filmə yazılan şedevr musiqinin müəllifidir.
Gecəni giriş sözü ilə konsertin təşkilatçısı və rəhbəri, H.Əliyev adına Sarayın direktoru, respublikanın əməkdar artisti Ramil Qasımov açaraq qeyd etdi ki, Tofiq Quliyevin 105 illiyinə həsr olunmuş bugünki konsert bu Saray üçün mühüm hadisələrdən biridir. Vaxtilə böyük bəstəkarın 80 illik yubileyi məhz burada Ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə keçirilib.
Tofiq Quliyevin 105 illiyinə həsr olunmuş konsertdə bəstəkarın dillər əzbəri olmuş mahnı və musiqilərini respublıkanın xalq artisti Ramiz Quliyev, əməkdar artistlər Aygün Bəylər, İnarə Babayeva, Elton Hüseynəliyev, Aqşın Abdullayev, Xəyyam Nisanov, Anar Şuşalı, Zakir Əliyev, müğənni Vaqif Şirəliyev, “Qaya” instrumental ansamlı, “Bənövşə” uşaq xoru, “Sevil” qızlar ansamblı və digər gənc ifaçılar səsləndirdilər.
İfaçıları Xalq artisti, dirijor Fəxrəddin Kərimimovun rəhbərliyi Qara Qarayev adına kamera orkestri və Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” instrumental orkestri müşayiət edirdi. Gecənin aparıcısı musiqiçi Tofiq Həsənsoy idi.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"