Təcrübəsizlik, ya satqınlıq?

09:30 04-05-2022 | icon 414 | Geopolitika
Təcrübəsizlik, ya satqınlıq?

Samir Hümbətov: "Zelenskinin açıqlaması onu göstərir ki, o həqiqətən də artisdir"

 

Xəbər verildiyi kimi, Ukrayna prezidenti Vlodomir Zelenski mətbuat konfransı zamanı Yunanıstan telekanalına açıqlama verərək Türkiyəni ikili standartda ittiham edib. O, "Vəziyyəti belə idarə edə bilməzsiniz, bu ikili standartdır. Bu, qətiyyən doğru deyil. Həqiqət tərəfdarısınız, yoxsa yox? Bir seçim etməlisiniz. Prezident kimi deməliyəm ki, əgər biz dostluq münasibətləri qurmaq istəyiriksə, bu, baş verməyəcək” - deyə, bildirib.

 
 
Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən politoloq Samir Hümbətov məsələyə maraqlı yanaşma edib:
 
 
"İki ayadan artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində hər cür dəstək verməsinə baxmayaraq Türkiyə haqqında belə fikir səsləndirməsinin izahı belə atalar misalında uyğun gəlir; "Yetimdən soruşurlar ki, əlində imkan olsaydı kimi vurardın? Yetim isə cavab verir ki, çörək verəni". Əlbəttə Zelenskinin belə açıqlama verməsi onu göstərir ki, o həqiqətən də artisdir".
 
 
Politoloq qeyd edib ki, burada diqqəti çəkən digər önəmli məsələ isə Zelenskinin məhz yunan mediasının sualına cavab verərkən bu ifadələri işlətməsidir:
 
 
"Zelenski yaxşı başa düşür ki, Yunanıstan və Türkiyə arasında münasibətlər gərgindir və bu hal son günlər daha da gərginləşməkdədir. Nəzər alsaq ki, Krım məsələsində 2014-cü ildən bəri Türkiyənin Ukraynanı müdafiə etməsini, bu müharibədə isə Ukraynaya silah-sursat (PUA), humanitar yardım və miqrant qəbulu məsələsini diqqətə alsaq, o zaman Zelenskinin belə ifadə işlətməsi həm siyasi təcrübəsizlik, hətta satqınlıq kimi də qəbul edilə bilər".
 
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı